Putin Türkiyəyə qarşı sanksiyaları genişləndirdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 16:19 | Şərh sayı: (0) | Baxılıb: 336
Putin Türkiyəyə qarşı sanksiyaları genişləndirdi
Rusiya Türkiyəyə qarşı sanksiyalarını genişləndirib. RİA Novosti xəbər verir ki, Moskva yalnız Türkiyənin yurisdiksiyasında olan şirkətlərin deyil, Türkiyə vətəndaşlarının nəzarətində olan qurumlara qarşı da sanksiyalar tətbiq edəcək.
Kremlin media açıqlamasında bildirilir ki, artıq prezident Vladimir Putin bu haqda fərman imzalayıb və sənəd imzalandığı andan qüvvədədir: “Sanksiyalar bundan sonra Rusiya ərazisində fəaliyyət göstərən Türkiyə vətəndaşlarının nəzarətində olan bütün şirkətlərə istisnasız tətbiq olunur”.
Rusiya noyabrın 28-dən Türkiyə şirkətlərinə sanksiyalar tətbiq etməyə başlayıb. Prezident Putin bu haqda açıqlamasında deyib ki, qadağalar Rusiyanın milli maraqlarına və təhlükəsizliyinə xidmət edir.
Sənədin bir bəndi Rusiya ərazisinə Türkiyədən müxtəlif növ məhsulların gətirilməsi ilə bağlıdır. Sanksiyaların qüvvəyə minməsindən sonra artıq iki ölkə arasında xarici ticarət əlaqələri faktiki olaraq dayandırılıb. Qadağalar Rusiyanın tikinti və xidmət sektorunda işləyən Türkiyə şirkətlərinə də şamil edilib.
2016-cı il yanvarın 1-dən Rusiya Federasiyasında fəaliyyət göstərən bütün şirkətlərə Türkiyə şirkətləri və vətəndaşları ilə istənilən sahə üzrə işbirliyi qadağan edilib. Putinin qərarı ilə iki ölkə arasında viza rejimi də dayandırılıb və turizm agentliklərinə Türkiyənin turistik məhsullarının sifarişi və satışı qadağan edilib.
Prezident Fərmanı ilə Rusiya Federasiyası hökumətinə iki ölkə arasında çarter reyslərinin ləğv edilməsi tapşırılıb. Bundan başqa, təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə hava nəqliyyatı şirkətləri üzərində hüquqi nəzarətin gücləndirilməsi qərara alınıb. Bu qərar Azov-Qara dəniz hövzəsində Rusiya limanları yaxınlığına üzən Türkiyə gəmilərinə də aiddir.
Ankara Kremlin sanksiyalarına cavab verməyə hazırlaşır. Xəbəri “Anadolu” Agentliyinə açıqlamasında Türkiyə baş nazirinin müavini Lütfi Elvan deyib. L.Elvanın sözlərinə görə, rəsmi Ankaranın qarşılıqlı addımları qısa zamanda qüvvəyə minəcək: “Bizim də B planımız var. Addımlarımız Rusiyanın addımlarına adekvat olacaq”.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər