Rusiyaya sərt ittiham: "O ölkəni işğal etmək istəyir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 15:55 | Şərh sayı: (0) | Baxılıb: 339
Rusiyaya sərt ittiham: "O ölkəni işğal etmək istəyir"
Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Latakiya bölgəsindəki "Hmeymim" avibazasına S-400 "Triumf" zenit-raket kompleksləri yollamağa hazırlaşır. Bununla yanaşı, Suriya ərazisində əməliyyatları həyata keçirən bombardmançı təyyarələri müşayiət etmək üçün əlavə olaraq 13 qırıcı da "Hmeymim"ə göndəriləcək.
Bu qərarlar Qərbdə çox sərt reaksiya doğurub.
Milli.Az bildirir ki, Britaniyanın nüfuzlu The Times qəzeti Rusiyanı saxtakarlıqda və neoimper ambisiyalarda suçlayıb.
"Suriyaya C-400-lər yollamaqla Rusiya əslində Suriyanın səmasını "qapatmaq", uçuşlara yasaq bölgə yaratmaq istəyir. Bununla da Rusiya Türkiyəyə yox, NATO-ya meydan oxuyur. Rusiya indi NATO-nu sınağa çəkib, NATO-nun əsəbləri ilə oynayır. S-400-lərin "Hmeymim" aviabazasına yerləşdirilməsi Suriya səmasının bütünlüklə Rusiyanın nəzarətinə keçməsi deməkdir. Bundan sonra Rusiya Suriyada Türkiyə ilə yanaşı, NATO-nun istənilən ölkəsinin istənilən təyyarəsini asanlıqla hədəfə alaraq vura biləcək.
Moskva bununla NATO-ya və ABŞ-a mesaj verir ki, "Suriya səmasında təyyarələr yalnız bizim icazəmizlə uça bilər. Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizə apardığını deməsi saxtakarlıqdır. Rusiya təyyarələri İŞİD-i yox, Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizə aparan müxalifət qüvvələrini bombalayır. Moskvanı narahat edən məsələ İŞİD darmadağın ediləndən sonra Suriyada yaranacaq "boşluğu" müxalif qrupların tutması və Əsəd qoşunlarının əlində olan bölgələrə hücum etməsidir. Rusiyanın Suriyadakı türkmənləri bombalamasının da heç bir məntiqi izahı yoxdur. Türkmənlər heç zaman Bəşər Əsəd rejimi üçün güclü, təhlükəli hərbi güc olmayıblar. Görünən budur ki, Rusiya Suriyanı üstüörtülü şəkildə işğal etmək istəyir", - qəzet yazıb.
Orxan
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər