İŞİD-ə qoşulmaq istəyən 17 azərbaycanlı tutuldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 00:35 | Şərh sayı: (0) | Baxılıb: 393
İŞİD-ə qoşulmaq istəyən 17 azərbaycanlı tutuldu
Türkiyə Silahlı Qüvvələri İraq-Şam İslam Dövləti (İŞİD), PYD və digər terror təşkilatlarının sərhədin Suriya hissəsində fəallıqlarını artırmasının Türkiyə üçün milli bir təhdid yaratması və xarici döyüşçülərin keçidlərini əngəlləmək üçün tədbirlərini artırıb.
Bu ölkənin Quru Qüvvələri Komandanlığına bağlı sərhəd qoşunları 2015-ci il ərzində Suriya sərhədində 909 xarici terrorçu döyüşçü yaxalayıb.
Bu terrorçuların 324-nün Çin, 98-nin isə Rusiyadan olduğu müəyyən edilib. Suriya sərhədindəki sərhəd qoşunları Türkiyə - Suriya sərhədində alınan fəal tədbirlər çərçivəsində 2015-ci il ərzində əhəmiyyətli hissəsi terror təşkilatı İŞİD mənsub olduğu dəyərləndirilən 54 ölkə əsilli 909 xarici döyüşçü yaxalayıb. Bu terrorçuların çoxunun terror təşkilatı İŞİD-lə əlaqəli olduğu bildirilir.
Yaxalanan terrorçulardan 57-nin Əfqanıstan, 19-nun Almaniya, 17-nin Azərbaycan, 18-nin Fransa, 81-nin Fələstin, 14-nün İsveç, 23-nün Tacikistan, 63-nün Türkmənistan, 19-nun İngiltərə, 44-nün İndoneziya əsilli olduğu müəyyənləşdirilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər