Pentaqondan Türkiyənin İŞİD-lə neft sövdələşməsi iddiasına münasibət |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 00:26 | Şərh sayı: (0) | Baxılıb: 288
Pentaqondan Türkiyənin İŞİD-lə neft sövdələşməsi iddiasına münasibət
Pentaqon Türkiyənin İŞİD-dən neft aldığını təsdiqləyən sübutlara malik deyil.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Elissa Smit bildirib.
"Biz Türkiyə hakimiyyətinin İŞİD-lə neft sövdələşməsinə getməsinə dair ehtimalları rədd edirik. Bu ittihamları təsdiqləyən sübutları görməmişik. Türkiyə beynəlxalq tərəfdaşları ilə birlikdə Suriya ilə sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atır. Bizim burada məqsədimiz İŞİD-in neft qaçaqmalçılığının qarşısını almaqdır. Biz Türkiyəni İŞİD-lə mübarizədə əsas tərəfdaş hesab edirik. Digər tərəfdaşlarımızla olduğu kimi Türkiyə ilə koalisiya çərçivəsində nələr edə biləcəyimizi, əməkdaşlıq məsələlərini, İŞİD üzərində qələbə imkanlarını müzakirə edirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin rəsmisi Sergey Rudskoy İŞİD-in yanacaq daşıyan maşınlarının limanlara getdiyini, oradan isə neftin tankerlərlə üçüncü ölkələrə daşındığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi sübut kimi peyk vasitəsilə çəkilən şəkilləri göstərib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər