Ərdoğan oğlunun İŞİD-lə əlaqəsindən danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 13:53 | Şərh sayı: (0) | Baxılıb: 290
Ərdoğan oğlunun İŞİD-lə əlaqəsindən danışdı
Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra Rusiya rəsmilərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "İŞİD"lə əməkdaşlıq etmədə ittiham etməsindən sonra bu dəfə də Ərdoğanın övladlarının adı terror təşkilatı ilə hallanır.
ANS TV-nin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan "Əl-Cəzirə" kanalına verdiyi müsahibədə qızına və oğluna iftira atdıqlarını söyləyib və oğlu Bilal Ərdoğanın "İŞİD"in qanunsuz neft alverilə heç bir əlaqəsinin olmadığını bəyan edib.
Rəcəb Tayyib Ərdoğan oğlunun iaşə sektorunda kiçik miqyaslı sahibkar fəaliyyəti göstərdiyini deyib. O, eyni zamanda qızının guya yaralı "İŞİD" döyüşçülərini Türkiyədə müalicə etdirdiyilə bağlı iddiaları da qəti şəkildə təkzib edib.
Türkiyə prezidenti bütün bunların yalan və alçaqlıq olduğunu bəyan edib. Ərdoğan hökümətinin "İŞİD" qruplaşması ilə əlaqələrinin olması barədə deyilənləri faktlarla təkzib edib.
Onun sözlərinə görə, Türkiyə 1500-1600 "İŞİD" döyüşçüsünü həbs, 6 min şübhəlini isə deportasiya edib, 26 min nəfərin ölkəyə girişinə qadağa qoyub. Bundan başqa ötən il "İŞİD"ə aid 79 milyon litr qaçaq neft ələ keçirilib. Biz "İŞİD"dən neft almırıq, belə bir durum yoxdur.
Xatırladaq ki, Türkiyə prezidentinin övladlarının "İŞİD"lə əlaqəsinin olduğunu Rusiya tərəfi gündəmə gətirdi.
Rəsmi hətta Türkiyəni "İŞİD"dən neft almaqda ittiham etsə də, rəsmi Ankara həmişə neft qaçaqmalçılığına qarşı mübarizə apardığını bəyan edir.
Eyni zamanda Türkiyə "İŞİD" qraplaşmasını sadəcə Türkiyə üçün yox, ümumilikdə region üçün təhlükəli hesab edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər