Ayətullah Sistani Türkiyənin İraqa hərbçi göndərməsini pisləyib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 17:13 | Şərh sayı: (0) | Baxılıb: 322
Ayətullah Sistani Türkiyənin İraqa hərbçi göndərməsini pisləyib
İraq şiələrinin dini lideri Ayətullah Əli Sistani ad çəkməyərək, Türkiyənin İraqa hərbçi göndərməsini pisləyib.
İxlas.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, o, İraq hökumətini ölkənin suverenliyini pozan addımlara qarşı çıxmağa çağırıb.
Ayətullah Sistaninin çağırışını onun Kərbəla şəhərindəki cümə xütbəsində çıxış edən təmsilçisi Şeyx Abdulmehdi Kərbəlayi çatdırıb.
Türkiyənin adını çəkməyən Kərbəlayi bildirib: "İraq hökuməti heç bir xarici qüvvənin ölkənin suverenliyini pozmasına icazə verməməlidir. İraqın təhlükəsizliyini təmin etmək hökumətin borcudur. İraqın qonşuları Bağdad hökumətinin razılığı olmadan terrorla mübarizə bəhanəsi ilə İraqa əsgər göndərməməli idi."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər