Bərzani: "Türkiyədən silah istəməmişik" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 09:08 | Şərh sayı: (0) | Baxılıb: 284
Bərzani: "Türkiyədən silah istəməmişik"
İraqın Kürd Muxtariyyətindən Türkiyəyə silah tədarükünə dair müraciət olunmayıb.
Ixlas.Az APA-ya istinadən bildirir ki, bunu Ankarada səfərdə olan İraqın Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib.
"Biz hələlik Türkiyəyə silah tədarükünə dair müraciət etməmişik. Lakin, belə bir ehtiyac yaranarsa, Türkiyənin bunu təmin edəcəyinə şübhə etmirəm", deyə Bərzani Türkiyənin müdafiə naziri İsmət Yılmazla keçirdiyi görüşdən sonra bildirib.
Qeyd edək ki, M.Bərzani Ankaraya ikigünlük səfərə gəlib. Səfər çərçivəsində o Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, baş nazir Əhməd Davudoğlu, Milli Kəşfiyyat Təşkilatının (MIT) rəisi Hakan Fidanla görüşüb. Danışıqların əsas mövzusu İŞİD-ə qarşı mübarizə, habelə İraqın şimalında türk hərbçilərinin mövcudluğu ilə bağlı Ankara və Bağdad arasında yaranmış gərginliyin nizamlanması olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər