"Putinə də dedim, Türkiyə haqlıdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 18:28 | Şərh sayı: (0) | Baxılıb: 294
"Putinə də dedim, Türkiyə haqlıdır"
Parisdə BMT-nin iqlim dəyişikliyinə həsr olunan zirvə toplantısında iştirak edən ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib.
APA-nın "milliyet.com.tr" saytına istinadən verdiyi məlumata görə, Barak Obama və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 1 saat davam edib.
B.Obama Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranmış durumu və Rusiya ilə Türkiyənin bundan sonra necə əməkdaşlıq edə biləcəklərini müzakirə etdiklərini bildirib: "Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyirik. Putinə də dedim. Türkiyə haqlıdır. Gərginliyi azaltmaq lazımdır".
B.Obama qeyd edib ki, hamının ortaq düşməni İŞİD-dir və diqqət bu təhlükəyə qarşı mübarizəyə yönəlməlidir.
R.T.Ərdoğan isə Suriyadakı Bayırbucak bölgəsində İŞİD-in olmadığını, bu ərazinin bombardman edilməsindən üzüntü duyduqlarını söyləyib: "Rusiya ilə gərginliyi azaltmaq istəyirik. Niyyətimiz bölgə sülhünə töhfə verməkdir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər