İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 20:43 | Şərh sayı: (0) | Baxılıb: 285
İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib
Türk hərbi birliyinin zirehli texnikanın dəstəyi ilə İraqın şimalındaki Mosul şəhərinin yaxınlığında dislokasiya olması hərbi müdaxilə aktı kimi qiymətləndirilir.
"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Türkiyə hərbi kontingenti İraq ərazisinə icazəsiz daxil olub və dərhal ölkə ərazisini tərk etməlidir", - sənəddə deyilir.
Qeyd edək ki, ötən axşam yayılan məlumata görə, 600-ə yaxın türk hərbçi Mosul şəhərindən 30 kilometr şimalda yerləşən Başika qəsəbəsində kürd birliklərə (peşmerge) təlim keçmək məqsədi ilə bölgəyə daxil olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər