Özünü partladan qızla bağlı ŞOK AÇIQLAMA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-11-2015, 15:27 | Şərh sayı: (0) | Baxılıb: 495
Özünü partladan qızla bağlı ŞOK AÇIQLAMA
Parisdə noyabrın 14-də törədilmiş 7 teraktın təşkilatçısı sayılan İŞİD mənsubu, əslən mərakeşli olan Belçika vətəndaşı Əbdülhəmid Əbaudun tutulması məqsədilə Fransa polisinin keçirdiyi əməliyyatın yeni təfərrüatı bəlli olub.
Parisin Sen-Deni səmtindəki əməliyyat zamanı 6 polis yaralanmış, 3 terrorçu öldürülmüşdü. Terrorçulardan biri özünü partlatmışdı və bu şəxs 26 yaşlı Həsna Eytbulaşe idi.
H.Eytbulaşe Ə.Əbaudun xalası qızıdır.
Ixlas.Az Daily Mail-ə istinadən bildirir ki, Həsnanın Sen-Denidəki mənzilə polislər girəndə belindəki "şəhid qurşağı"nı partlatdığı deyilirdi. Bu səbəbdən də o, Avropanın ilk qadın "canlı bomba"sı adlandırılırdı.
Fəqət, Həsnanın özünü partlatmadığı, partlayışda həlak olduğu söylənir.
Fransa polisinin xüsusi təyinatilı çevik qüvvələr departamentindən verilən məlumata görə, Həsnanın özünü partlatmadığı, ölmək istəmədiyi, yanındakı terrorçunun özünü partlatması nəticəsində həlak olması ilə bağlı ehtimallar çox güclüdür.
Yaşadığı mənzilə polislərin girdiyini görəndə Həsna Eytbulaşe güllələnəcəyini anlayaraq qışqırıb: "Yanımdakı adamdan qorxuram! Ölmək istəmirəm! Kömək edin!" Bu qışqırıqdan sonra partlayış olub, otaqdakı terrorçu ilə Həsna həlak olublar.
Həsna Eytbulaşeni rəfiqələri "Kougöl" adlandırırdılar. O, spirtli içkilər içir, siqaret çəkir, diskotekalarda əylənirdi.
Rəfiqələri onu da söyləyiblər ki, Həsna radikal islamçı olmayıb.
Əbdülhəmid Əbaud Sen-Deni səmtində keçirilən əməliyyatda öldürülüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər