Qarabağda ötən ay məhv edilən ermənilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 00:13 | Şərh sayı: (0) | Baxılıb: 371
Qarabağda ötən ay məhv edilən ermənilər
İnformasiya cəbhəsinin azərbaycanlı döyüşçüləri sentyabrda erməni işğalçılarının Qarabağda verdiyi itkilərin siyahısını hazırlayıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki. məlumat "Vkontakte" sosial şəbəkəsində "Qarabağ arxivi" səhifəsində yerləşdirlib.
Bütün məlumatlar erməni KİV və sosial şəbəkələrin monitorinqi yolu ilə alınıb.
Beləliklə, qeyd olunur ki, sentyabrın 1-də erməni müddətli həqiqi hərbi xidmət qulluqçuları - 1996-cı il təvəllüdlü Vladimir Aramoviç Gevorkyan və 1993-cü il təvəllüdlü Qor Ambarsumoviç Gevorkyan yaralanıblar.
Sentyabrın 3-də erməni ordusunun müqaviləli hərbi qulluqçusu Ayk Devoyan (1975-ci il təvəllüdlü) məhv edilib.
Elə həmin gün digər hərbi qulluqçu Qarnik Lalayan yaralanıb.
Sentyabrın 4-də erməni ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçular Marat Rudolfoviç Xaçanyan və Arman Vaçaqanoviç Stepanyan öldürülüb.
Sentyabrın 5-də erməni ordusunun kəşfiyyat qrupu məhv edilib, 2 düşmən hərbçisi öldürülüb.
Sentyabrın 5-də yol qəzasında işğalçı ordunun 3 hərbçisi həlak olub, daha 2 hərbçi yaralanıb.
86 TS 777 dövlət nömrə nişanlı "Mercedes C220" ağaca çırpılıb.
29 yaşlı kapitan Taron Sedrakyan xəstəxanaya aparılarkən, 38 yaşlı Qriqor Saakyan və yefreytor Gevorq Vardanyan isə sentyabrın 6-da ölüblər.
28 yaşlı Arutyun Mirzoyanın vəziyyəti orta-ağır, 30 yaşlı Sevak Qasparyanın vəziyyəti isə ağır olaraq qalıb.
Sentyabrın 6-da 1996-cı il təvəllüdlü işğalçı Narek Arutyunyan həlak olub. Erməni hərbçinin ölüm səbəbləri açıqlanmır.
Sentyabrın 11-də qəzada yaralanmış 30 yaşlı mayor Sevak Qasparyan ölüb.
Sentyabrın 15-də Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri Ermənistana məxsus "Krunk-25" tipli pilotsuz uçan aparatı məhv ediblər.
Sentyabrın 19-da Ermənistanın Tavuş vilayətində yerli sakin Artur M. 16 mm-lik ov tüfəngindən erməni ordusunun hərbi komissarı Derenik Papyanı vurub, sonuncu hadisə yerində həlak olub.
Sentyabrın 21-də Ermənistan ordusunun hərbi hissə komandiri S. Davtyan yol qəzasında ölüb.
Elə həmin gün Ermənistan-Azərbaycan sərhədində Tavuş ərazisində Ptxavan kəndindən olan müqaviləli hərbi qulluqçu Ruslan Sergeyeviç Mkrtiçyan (1986-cı il təvəllüdlü) yaralanıb.
Sentyabrın 25-də Ermənistan ordusunun mövqelərinin atəşə tutulması nəticəsində Xaçatryan Norayr Mikaeloviç (1995-ci il təvəllüdlü), Mkrtçyan Robert Surenoviç (1995), Akopyan Arut Maksimoviç (1997) və Şaqinyan Karen Georgiyeviç (1997) məhv ediliblər.
16 düşmən hərbçisi isə yaralanıb:
Muradyan Arkadi Armenoviç, Tovmasyan Arutün Norikoviç, Vardanyan Karen Sasunoviç, Martirosyan Vanik Avetikoviç, Poqosyan Tatul Aşotoviç, Eloyan Serqey Arutunoviç, Papikyan Xaçatur Ayrikoviç, Baqdasarov Yaşa Arkadiyeviç, Stepanyan Arman Armenakoviç, Tarumyan Narek Sarmenoviç, Yeremyan Karen Anatoliyeviç, Safaryan Safar Arsenoviç, Qalstyan Vurq Aqasiyeviç, Xaçatryan Razmik Norikoviç, Qaribyan Sedrak Ovsepoviç, Ovannisyan Ayk Ovanesoviç.
Sentyabrın 28-də ağır döyüşlər nəticəsində 7 erməni işğalçısı məhv edilib, düşmən tərəfdən çoxlu sayda yaralı var.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər