İŞİD Əfqanıstanı da çalxalayır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 20:31 | Şərh sayı: (0) | Baxılıb: 306
İŞİD Əfqanıstanı da çalxalayır
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin Kabildə etirazları dağıtmaq üçün açıq havaya atdıqları güllələr yeddi nəfəri yaralayıb.
Polis etirazçıları prezident sarayının ətrafından uzaqlaşdırmaq istəyib.
Minlərlə əfqan şiə müsəlman xəzər etnik qrupundan 7 şəxsin oğurlanıb öldürülməsinə etiraz edir.
Hadisəni kimin törətdiyi məlum deyil.Nümayişçilər ölənlərin tabutunu yağışın altında Kabil küçələrində gəzdiriblər.
"Bu gün onlar bizi öldürüblər, sabah sizi öldürəcəklər", - bəziləri şüarlar səsləndirib.
Bəziləri isə "Talibana ölüm" deyə şüarlar qışqırıb.
Öldürülənlərdən dördü kişi, ikisi qadın və biri 9 yaşlı qızdır.Bu hadisənin bütün Əfqanıstanı hədəflədiyini deyən rəsmilər bildiriblər ki, qurbanlar ötən il oğurlanıb.
Hökumət özəl "Ariana" telekanalının nümayişlərdən canlı yayımına qadağa qoyub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Əfqanıstanın cənubundakı Zabul vilayətində İŞİD terrorçuları milliyyətcə xəzər olan 7 nəfərin başlarını kəsiblər. Edam olunanların ikisi qadın, biri 9 yaşlı qızdır.
Edamın "Taliban"ın İŞİD-ə hücumları ilə bağlı olduğu vurğulanır.
Kabuldakı nümayiş iştirakçıları hakimiyyət dairələrini suçlayaraq "Taliban" və İŞİD-ə qarşı effektiv mübarizə aparılmadığını söyləyiblər.Tolo telekanalının verdiyi məlumata görə, Kabildə vəziyyət gərgindir. Şəhərin mərkəzi küçələrinə hərbçilər yeridilib.
Əfqanıstan prezidenti Əşrəf Qəni bu səhər yenə xalqa müraciət edərək "günahkarların cəzalandırılacağını" bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər