Fransa İŞİD-in təlim düşərgələrini bombaladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 15:41 | Şərh sayı: (0) | Baxılıb: 418
Fransa İŞİD-in təlim düşərgələrini bombaladı
Fransa Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı təlim düşərgəsini bombalayıb.
APA-nın xəbərinə görə, bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drian "Europe 1" radiostansiyasının birbaşa efirində bildirib.
"Fransa İŞİD-in Raqqadakı mövqelərinə hücum edib. Bu, bizim ilk və son əməliyyatımız deyil. "Rafali" qırıcıları terrorçuların təlim düşərgələrini bombalayıb. Qarşıya qoyulan tapşırıq yerinə yetirilib".
Xatırladaq ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ekstremistlərin Suriyadakı mövqelərinə ilk aviazərbələri sentyabrın 30-da həyata keçirib. Həmin zərbələr nəticəsində "Xilafətin uşaqları" adlı hərəkatdan 12-si uşaq olmaqla, 30 silahlı öldürülüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər