Banqladeşdə Aşura faciəsi: İŞİD etiraf etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-10-2015, 11:30 | Şərh sayı: (0) | Baxılıb: 443
Banqladeşdə Aşura faciəsi: İŞİD etiraf etdi
Banqladeşdə həyata keçirilmiş bomba hücumunun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Dəkkədə həyata keçirilmiş hücum zamanı bir nəfər həlak olmuş, 100-dən çox şiə müsəlman isə yaralanmışdı.
Milli.Az "Report"a istinadən bildirir ki, İŞİD açıqladığı bəyanatda Banqladeşdəki "əsgərləri"nin dini ritual zamanı bomba hücumu həyata keçirdiyini deyib.
Hücum dünən şiə müsəlmanlar paytaxtdakı məsciddə Aşuranı qeyd etmək üçün toplaşan zaman baş verib. Aşura Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin ölümünü yad edən mərasimdir.
Hücumçular Dəkkənin qədim hissəsindəki Hüseyni Dalan məscidində toplaşan minlərlə insanın üzərinə bomba atıb. Bombalardan üçü partlayaraq bir yeniyetmə oğlanın həyatına son qoyub. Hadisə zamanı onlarla insan isə yaralanıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər