Suriyalı müxalifətçi: “Qəsdən Məscidləri partladırdıq” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-11-2015, 21:48 | Şərh sayı: (0) | Baxılıb: 279
Suriyalı müxalifətçi: “Qəsdən Məscidləri partladırdıq”
Tunis telekanallarının birinin efirində görünən Azad Suriya Ordusu sıralarında döyüşdüyünü deyən tunisli Suriyada Bəşər Əsədə sadiq ordu ilə döyüşlərdə hansı hiylələrə və hərəkətlərə əl atdıqları barədə söz açıb.
İslam.az-ın verdiyi xəbərə görə, o bildirib ki, mütəmadi olaraq məscidləri partladaraq təxribat törədiblər.
- Əsas hədəfimiz də sünni kəsim üçün önəmli olan Əbu Bəkir, Aişə, Ömər adlarını daşıyan məscidlər idi. Çünki Suriya ordusunun böyük hissəsi sünnilərdir. Biz də sünnilər üçün müqəddəs sayılan məscidləri bombalayır, sonra isə xəbər yayırdıq ki, bunu rejim tərəfdarları edib. Sünnilərdən bəziləri ordu sıralarını tərk edib bizə qatılırdılar. Eyni zamanda xalqı şiələr və ələvilərə qarşı da qaldırmış olurduq.
Sabiq terrorçu veriliş əsnasında bildirib ki, məscidlər dağıdıldıqdan sonra divarlarda bu əməllərin kim tərəfindən törədilməsində şübhə yaranmasın deyə xüsusi yazılar da yazıblar. Məsələn, “Allah, Suriya, Əsəd və BƏƏS” , yaxud “Vətəndən başqa ilah, BƏƏSdən başqa da Rəsul yoxdur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər