RSS
 

Login:
Şifrə:
» » Əlvida, Yaxın Şərq

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əlvida, Yaxın Şərq

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-11-2015, 09:23 | Şərh sayı: (0) | Baxılıb: 349

Əlvida, Yaxın Şərq


Əlvida, Yaxın Şərq


Noyabrın 14-də Parisdə törədilən 7 terror aktından sonra Fransa Suriya və İraqda İŞİD mövqelərinin bombardmanlarına "geri qayıtdı".
Daha doğrusu, Fransanı "İraq və Şam İslam Dövləti" ilə müharibəyə baş verənlər qaytardı. Son aylarda anti-İŞİD koalisiyasında fəaliyyətini zəiflədən Parisin bu davranışı ölkə vətəndaşlarının narazılığı, Suriya və İraqdakı əməliyyatların Fransanın maraqlarına cavab verməməsini deyərək etiraz etmələri idi.
Paradoksal vəziyyət yaranmışdı: Fransada bu məsələ ilə bağlı sağçılarla solçular, millətçilərlə liberallar, neonasistlərlə kommunistlər, mühacir əsilli vətəndaşlarla "əsl fransızlar" eyni cəbhədə birləşmişdilər.
Parisdəki teraktlardan sonra isə fransızlar "Aux armes, citoyens!" deyərək ölkənin hakimiyyət dairələrindən İŞİD-ə müharibə elan etməyi tələb etdilər.Fransua Olland da elə belə dedi: "İŞİD-ə qarşı müharibə elan edirik. Onlar bizdən cavab istədilər - o cavabı alacaqlar!"
Beləliklə, Parisdəki teraktların kimin, nə məqsədlə törətməsindən asılı olmayaraq vəziyyət aydındır - Fransa İŞİD terrorizmi ilə aktiv mübarizəyə qayıtdı.
Parisin qayıdışı Yaxın Şərqdə onsuz da gərgin vəziyyəti asanlaşdırmayacaq.
Əksinə, partlayan barıt çəlləyinin qəlpələri daha geniş areala yayılacaq.
Suriyadakı vətəndaş müharibəsi və İraqda illərdən bəri davam edən silahlı qarşıdurmaların effektləri artıq qonşu Türkiyə, İordaniya, İsrail, Liviyaya, Livana yayılıb.
Vəziyyət belə davam edərsə, Səudiyyə Ərəbistanı, Misir və Əlcəzairdə də vəziyyətin qarışıqlığa çevrilməsi istisna deyil.
Yaxın Şərqdə olayların bundan sonrakı inkişaf məcrasını, baş verə biləcək prosesləri, aktiv "oyunçu"ların davranışlarını, gözləntiləri və geosiyasi rol bölgüsünü təxminləməyə çalışaq.
Yaxın Şərq Azərbaycandan uzaq deyil. Şərqin bizə yaxın bölgəsində nələr ola bilər?

Əvvəl və indi

ABŞ-ın Yaxın Şərqdəki dövlətlərinə əsaslarını silkələməklə oradakı diktator rejimlərdən qurtulmaq, xalqlara istiqlal, ölkələrə demokratiya bəxş etmək adı ilə yürütdüyü siyasət hələlik real nəticələr qismində ortaya yalnız qan, terror, hamının hər kəsə qarşı savaşını çıxardı.
Söz yox, Yaxın Şərqdə insanlıq adına ləkə, murdar xislətli rejimlər vardı və hələ də var: onların devrilməsi həmin ölkələrdə yaşayan insanların normal yaşamlarının təminatı istiqamətində ilk addım da sayıla bilər.
Lakin həmin adamyeyən rejimlərin devrilməsi problemin həlli deyil. Mövcud sistemin sökülməsi özündən sonra dərhal, təxirəsalınmaz şəkildə yeni idarəetmə strukturunun, siyasi münasibətlərin qurulmasını ehtiva edir.
Yaxın Şərqdə isə bunu müşahidə etmirik.Köhnə darmadağın edilir, yeni isə daha qorxunc olur və iş o yerə çatır ki, onillər boyu adamyeyən, mənhus rejimdən əziyyət çəkən insanlar onların həyatlarını cəhənnəmə döndərmiş cəlladlara az qala rəhmət oxuyur, diktatura dövrünü həsrətlə xatırlayırlar.
Çünki əvvəllər bu insanlar hüquqsuz, az qala kölə vəziyyətinə salınmış fərdlər olsalar da, istibdad onların təhlükəsizliyini qismən təmin edirdi.
Bütün quldarlar qullarını qoruduqları təki.
İndisə həmin azad adamlar azad seçkilərin keçirildiyi, hakimiyyət barədə hər adamın istədiyni deyə bildiyi vəziyyətdə yaşasalar da, hər an öldürülə bilərlər.
Onlar yüzlərlə adlı qrupların, dəstələrin, hərəkatların, "cəbhə"lərin və s.-lərin potensial hədəfləridir.
Ən kiçik detal, ən ağlagəlməz məqam ölümü reallaşdıra bilər.
Saqqal saxlamamaq, siqaret çəkmək, içki içmək, namaz qılmamaq, sayı bilinməyən "əmir"lərdən birinə yetərincə sədaqət göstərməmək, "nəsrani, müşrik, münafiq, taqutçu, səlibçi, sionist, imperialist, rafizi" və ilaxır adlandırılan "düşmən qüvvə"lərə xidmət etmək - günah, cinayət və qayda pozuntusu sayıla biləcək əməllərin sayını kimsə bilmir.

ABŞ və Rusiya: kimsə udan deyil

Yaxın Şərq böyük dövlətlərin, xüsusilə də ABŞ və Rusiyanın yeni qarşıdurma məkanıdır.
ABŞ bölgədəki ölkələri öz orbitinə salmaq, onları təsir altında saxlamaq, hakimiyyətləri dünyəvi və Qərbə meylli siyasət yürütməyə vadar etməyə çalışır.
Rusiya bu ölkələri özünə meylləndirməyə, ələ almağa, planları reallaşmayanda isə birbaşa müdaxiləyə əl atmağa çalışır.
Eynən Suriyada olduğu kimi.Suriyada vəziyyətin hansı məcrada inkişaf edəcyindən asılı olmayaraq Rusiya və ABŞ məğlub vəziyyətdədir.
Qlobal geosiyasətdə itirdiyi çəkisini, əldən verdiyi mövqeləri qismən də olsa bərpa etməyə çalışan Rusiya indi Suriyada İŞİD və digər terror qruplaşmalarının mövqelərini bombalayaraq prezident Bəşər Əsədə aşkar dəstək verir.
Dəstək sadəcə, bombardmanlardan ibarət deyil: ruslar Suriya ordusunu silahlandırır, Bəşər Əsədə siyasi yardımlar edirlər.
Amma Moskva belə siyasəti uzun müddət davam etdirmək üçün maliyyə imkanlarına malik deyil.
Üstəlik, Rusiya mediasında "suriyalılar bizi dəstəkləyir" isteriyası müşahidə olunsa da, yalandır. Heç bir xalq onun ölkəsinə bombalar və raketlər yağdıran dövləti manyakalcasına sevməz.
Rusiya Suriyada dalana düşüb və hadisələrin bundan sonrakı inkişafının iki əsas variantının ikisi də Moskvaya yaxşı heç nə vəd etmir.
Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə qalarsa, İŞİD-ə qalib gələrsə və yeni "seçkilər" keçirərək növbəti dəfə prezident seçilərsə, ölkədəki vəziyyət düzəlməyəcək, əksinə, vətəndaş müharibəsi daha da kəskinləşəcək.
Yox, əgər Bəşər Əsəd Qərbin təzyiqlərinə dözməyərrək müxalifətlə danışıqlara başlarsa, sonra da hakimiyyəti tərk edərsə - Rusiya Suriyanı dərhal tərk etməli olacaq, nədən ki, suriyalı müxalifətçilər Moskvaya nifrət edirlər.
Göründüyü kimi, Suriyada vəziyyət istənilən halda daha da pis olacaq.

Əlvida, Yaxın Şərq

Hələ bir neçə il əvvələdək mövcud olan Yaxın Şərq artıq yoxdur və deyəsən, bundan sonra olmayacaq.
Suriya və İraqda baş verənlər qəddarlığı, miqyası və həlak olanların sayına, habelə dünya siyasətinə təsirinə görə İsrail-Fələstin münaqişəsini çoxdan geridə qoyub.
Üstəlik, Yaxın Şərq dünyanın bütün bölgələrindən fərqli, çox mürəkkəb məkan, müxtəlif qütblər, düşərgələr və qüvvələrin bu gün müttəfiq, sabah düşmən, birisi gün laqeyd tərəfdaşlar ola biləcəyi təkandır.
Bölgə ölkələrində dövlətçilik ənənələri çox zəif, idarəetmə ideologiyasının dayanları kövrəkdir. Yaxın Şərq ölkələrinin indiki sərhədlərinin 1916-cı ilin mayın 16-da imzalanmış Sayks-Piko anlaşmasına əsasən müəyyənləşdirildiyini də unutmayaq. Həmin anlaşma ilə Britaniya, Fransa və Rusiya Yaxın Şərqdəki təsir areallarını müəyyənləşdirmişdilər.Yaxın Şərqdə indi baş verənlərin də böyük dövlətlərin 100 il əvvəl müstəmləkə güclərinin əldə etdiyi anlaşmanı dəyişməz saxlamaq cəhdidir.
ABŞ, Rusiya, Britaniya, Çin və ya ərəb ölkələri İraqla Suriyanın parçalanaraq kvazidövlətlərə çevrilməsini istəmirlər: belədə prosesi domino effekti yaradaraq bütün Yaxın Şərqdəki dövlət konstruksiyasını darmadağın edə bilər.
İordaniya, Livan, Suriya, İraq, Səudiyyə Ərəbistanı və ya Fars Körfəzindəki rejimləri tənqid etmək, bəyənməmək olar. Amma onların dağılması həmin əraziləri xaosa sürükləyəcək, indikindən dəfələrlə qorxulu vəziyyət yaradacaq.
... "Ərəb baharı" nəticəsində Yaxın Şərqdəki iqtidarlar devriləndə Qərb sevinirdi, bu ölkələrdə demokratiyanın bərqərarının başlanacağını düşünürdü. Amma demokratiya əvəzinə həmin ölkələrdə radikal islamçılıq gücləndi, sonra kənar maraqlara qulluq etmək üçün yaradılmış İŞİD meydana gətirildi.
İŞİD-i məhv etmək üçün ölkələr birləşir.
Amma İŞİD Suriya və İraqda darmadağın edilsə də, terrorçular müxtəlif ölkələrə səpələnəcəklər və bu qəzəbli, çılğın, ən pisi isə hiyləgər və savaşmağı bilən adamlar yeni "Xilafət" qurmağa çalışacaqlar.
Heç nə ehtimallardakı kimi asan deyil.



Elçin Alıoğlu
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor