Şərqi uçurumdan necə xilas etməli? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-10-2015, 21:49 | Şərh sayı: (0) | Baxılıb: 412
Şərqi uçurumdan necə xilas etməli?
Rusiyanın Suriyaya soxulması uzun müddət davam edən geosiyasi strukturu pozub. Artıq ABŞ-a yeni strategiya və yeni prioritetlər lazımdır.
İranla nüvə anlaşmasının Yaxın Şərqdə strateji stabilliyin təmin olunması baxımından müzakirələr başlamamış, regiondakı strateji vəziyyət pozuldu. Rusiyanın Suriyadakı fəaliyyəti ABŞ-ın bu ərazilərə nəzarətinin zəifləməsinin bariz nümunəsi oldu. Belə ki, 1973-cü ildəki Ərəb - İsrail münaqişəsi zamanı məhz ABŞ bu əraziləri nəzarətdə saxlamağı öz üzərinə götürmüşdü.Bu hadisədən sonra Misir SSRİ ilə əlaqələri kəsərək ABŞ-a yönəlməyə başladı. Məhz bu hadisədən sonra Misirin, İsrail və İordaniya ilə münasibətləri tənzimləndi və bu ölkə ilə Suriya arasında BMT-nin silahlıları yerləşdirildi. Artıq 40 ilə yaxındır ki, bu ərazilərdə stabillik davam edirdi. Ardınca Səddam Hüseynin Küveyti ələ keçirmək cəhdləri də ABŞ tərəfindən süquta uğradıldı. ABŞ eyni zamanda İraq və Əfqanıstanda terrorizmə qarşı mübarizəsini də davam etdirirdi. Bu işdə ABŞ-a Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Fars Körfəzi ətrafı ölkələr də köməklik göstərirdilər. Rusiyanın ərazidəki hərbi fəaliyyəti yoxa çıxmışdı.
Dünyaca məşhur siyasətçi, ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun dövründə milli təhlükəsizlik müşaviri və dövlət katibi olmuş Henri Kissincer The Wall Street Journal-da dərc etdirdiyi "A Path Out of the Middle East Collapse" məqaləsindəə bildirir ki, hazırda bu vəziyyət süquta uğrayıb. Ərazidəki 4 ölkədə, Suriya, Liviya, Yəmən və İraqda siyasi qeyri-stabillik hökm sürür. İraq və Suriyanın bir hissəsinə isə radikal islamçı kimi tanınan İŞİD nəzarət edir. Onlar dünyadakı vəziyyəti kökündən dəyişmək niyyətindədirlər.
İŞİD-in fəaliyyəti islamdakı sünni-şiə mübarizəsinə yeni rəng qatıb. Sünni hökumətləri şiə dövləti olan İrandan və İŞİD-dən çəkinir. İran ikili standartlarına görə daha təhlükəli görünür. Bir tərəfdən İran beynəlxalq normalara cavab verən və dünyəvi diplomatiyanı dəstəkləyən ölkə kimi çıxış edir. Digər tərəfdən isə cihad prinsiplərini qoruyan "Hizbulla" , "Həmas" kimi təşkilatları və Yəməndəki husiləri dəstəkləyir.
Nəticədə Yaxın Şərq üzərində 4 ciddi təhlükə yaranıb: şiə İranı tərəfindən olan təhlükə, siyasi strukturlara təzyiq göstərən radikal islam qruplaşmaları, daxildəki siyasi, etnik və dini qarşıdurmalar və nəhayət daxili təzyiq, hansı ki, siyasi, sosial və iqtisadi kursu süquta doğru aparır.Bu mənada Suriyanın vəziyyəti daha acınacaqlıdır. Sünnilərin diktatora qarşı üsyanı ölkəni etnik və dini parçalara bölüb. İndi bütün tərəflərin öz silahlı qüvvələri var. Bu azmış kimi, öz maraqlarını güdən xarici müdaxilələr də kifayət qədərdir. İran tarixi nöqteyi-nəzərdən Bəşər Əsədi dəstəkləyir. Fars körfəzi ölkələri İŞİD-dən çox qorxduqları İranın planlarını parçalamaq üçün Əsədin əleyhinədirlər. Onlar, təbii ki, İŞİD-in məhv olmasını istəyirlər, lakin bir şərtlə ki, burada İran qalib gəlməsin. Hadisələri İran və ABŞ arasındakı nüvə anlaşması bir qədər dəyişib. Belə fikir yaranıb ki, ABŞ İranın regiondakı hegomonluğunu qəbul edib.
Bütün bu hadisələr tarixdə ilk dəfə Rusiyaya imkan yaratdı ki, yaxın Şərqdəki hərbi fəaliyyətini intensivləşdirsin. Rusiya qorxur ki, Suriyada Əsədin məğlubiyyəti radikal islamçıları hakimiyyətə gətirər və bunun nəticəsində radikal islam Rusiyadakı müsəlman ərazilərinə qədər gəlib çıxar. Xüsusən də Şimali Qafqaza.
İlk baxışdan Rusiyanın addımları Suriyada şiələri dəstəkləyən İrana sərf edir. Əsədin dəstəklənməsi Rusiya üçün prioritet deyl, əsas məqsəd gücü balanslı şəkildə təmin etməkdir ki, Rusiyanın sərhədləri bundan ziyan çəkməsin. Qarşımızda ideoloji deyil, geosiyasi problem var və onu da geosiyasi nöqteyi-nəzərdən həll etmək lazımdır. Fakt isə odur ki, Rusiyanın hərbi müdaxiləsi ABŞ və region ölkələri üçün əsl yenilik olub.
ABŞ tərəflərdən heç birinin maraqlarını dəstəkləmir və bu səbəbdən tezliklə regiondakı nüfuzunu itirə bilər. Hazırda ABŞ bütün dini qruplaşmalara qarşıdır. Misirlə ABŞ insan hüquqları baxımından problem yaşayır, Səudiyyə Ərəbistanı ilə bağlı problem Yəməndir. Suriya konfliktində isə tərəflərin müxtəlifliyi əngəldir. ABŞ Əsədin getməyini istəyir, lakin bu istiqamətdə ciddi addımlar atmır. Əsədin gedişi halında hakimiyyətə gətirilə biləcək alternativ qüvvə ilə bağlı da ABŞ-ın heç bir təklifi yoxdur.Boşluğu isə Rusiya, İŞİD, İran və digər dini qruplaşmalar doldurur. Rusiya və İran Əsədi dəstəkləyir, Rəsmi Tehran isə hələ öz imperialist ideyalarını da aşılamağa cəhd edir. Fars körfəzi ölkələri, eləcə də İordaniya və Misir ABŞ məqsədlərini üstün tuturlar, lakin qorxurlar ki, onların sərhədlərində daha bir Liviya yaranacaq. ABŞ-ın İranla bağlı yeni siyasəti çıxış yolu kimi dəyərləndirilir. Administrasiya bildirib ki, onlar İranın imperialist planlarına, cihad siyasətinə və nüvə silahı ilə bağlı danışıqların pozulmasına qarşıdırlar.
Hazırda ABŞ-ın İrana qarşı siyasəti Niksonun vaxtı ilə Çinə qarşı siyasəti ilə müqayisə olunur. O vaxt buna etiraz edənlər çox olsa da, nətiəcədə SSRİ-də dəyişikliklər oldu və soyuq müharibə başa çatdı. Lakin bu müqayisələr yersizdir. 1971-ci ildə Çinlə razılığın əldə olunmasında əsas faktor kimi SSRİ-nin Asiyada hegemonluğuna son qoymaq göstərilirdi. Bunu hər iki tərəf qəbul etmişdi. Anlaşmanı möhkəmlədən bir digər amil isə Çinin sərhədində yerləşdirilən 42 sovet diviziyası idi. İranla bağlı isə hadisələr bir qədər fərqlidir. Nüvə anlaşması razılaşdırılsa da, Ayətulla Əli Xamneyi bildirib ki, ABŞ onlar üçün hələ də "böyük şeytan" statusunu itirməyib və bu razılıq nüvə anlaşmasından kənara çıxmayacaq. Xamneyi onu da əlavə edib ki, 25 ildən sonra İsrail olmayacaq.
45 il bundan qabaq, ABŞ və Çin münasibətlərinin simmetrik gözləntiləri var idi. İranla bağlı vəziyyət fərqlidir. Anlaşma qüvvəyə minən kimi İran inamla öz hədəflərinə doğru gedəcək. ABŞ-ın öz məqsədinə çatması isə İranın fəaliyyətindən asılı olacaq. Çinlə münasibətləri ABŞ Pekindəki dəyişikliklərin fonunda reallaşdırmağı bacardı, İranda isə ümid sistemin fundamental dəyişikliklərinədir. Amerika siyasəti digər tərəflərin fəaliyyətini məhdudlaşdırmaq əvəzinə, onları daha da maraqlandırır. ABŞ iki müxtəlif fikirli güc strukturları ilə münasibət qurmağa cəhd edir. Sünni bloku Fars körfəzi ölkələri, Misir, İordaniya və Saudiyyə Ərəbistanından ibarətdir. Şiə blokunu isə İran, İraqın şiə hissəsi, Hizbullahın nəzarətində olan Livan və Yəmənin husilərdən ibarət hissəsi təşkil edir. Belə olan halda "Düşmənimin düşməni mənim dostumdur" deyimi işləmir. Yaxın Şərqdə ABŞ üçün düşmənin düşməni elə düşmən olaraq qalır.
Çox şey tərəflərin son hadisələr zamanı atacağı addımlardan asılıdır. ABŞ sünni tərəfdaşlarının maraqlarına xidmət edə biləcəkmi? İran nüvə anlaşmasını necə dərk edəcək? İran liderləri hesab edə bilərlər ki, bu anlaşma onları faciədən qurtarıb. Belə olan halda onlar İranı beynəlxaq normalara uyğun formaya gətirməyə çalışacaqlar. Digər tərəfdən onlar hesab edə bilərlər ki, qalib gəliblər və təzyiqə baxmayaraq öz hədəflərinə çatıblar. Bu İrana adət etdiyi ikili standartlardan çıxış etmək istiqamətində əsl stimul ola bilər.Birinci Dünya müharibəsindən əvvəl olduğu kimi, tarix göstərir ki, iki sərt tərəfin əməkdaşlığı rahatlıqla qarşıdurmaya çevrilir. Belə tərəflər arasında balansı qorumaq çox çətindir. Hazırda dünyada baş verən böhran qeyri-ənənəvi üsullarla - kibernetik və nüvə texnologiyaları ilə müşahidə edilir. Regional hökümətlərin nüvə yarışması, Yaxın Şərqdə köklü dəyişikliklərlə nəticələnə bilər. Regionda nüvə silahından istifadə olunsa, bu, böyük faciə ilə müşahidə olunacaq. ABŞ bunun qarşısını almaq üçün bütün imkanlarından istifadə etməlidir.
Əfsuslar olsun ki, taktiki suallara çox vaxt ayırırıq. İlk növbədə biz prioritetli strateji konsepsiyanı müəyyənləşdirməliyik. Bu, aşağıdakı kimi həyata keçirilməlidir.
Nə qədər ki, İŞİD mövcuddur, bu qurum Yaxın Şərqdəki vəziyyəti qəlizləşdirəcək. İŞİD fəaliyyətini regionla məhdulaşdırmaq niyyətində deyl. Qurum imperial və cihadçı ideyaların təbliği ilə məşğuldur. İŞİD-in məhv edilməsi Əsədin kənarlaşdırılmasından daha vacibdir. Əsas məqsəd ərazini terrorizmin mənbəyinə çevirməməkdir. ABŞ-ın bu istiqamətdəki zəif fəaliyyəti isə İŞİD-i daha da gücləndirməkdədir.
ABŞ Rusiyanın regiondakı hərbi fəaliyyəti ilə barışıb. 1973-cü ildəki sistemin yaradıcıları üçün Rusiyanın fəaliyyəti nə qədər xoşagəlməz olsa da, Yaxın Şərqdə praqmatik düşüncələr qaçılmazdır. Bu vəziyyətdə Rusiya və ABŞ-ın məqsədləri eyni kimi görünür. Əsas hədəf İŞİD-in məhv edilməsidir. Əgər Rusiya İŞİD-ə qarşı fəaliyyətini bir qədər yüngülləşdirsə, bu ABŞ-la münasibətlərin istiləşməsinə gətirib çıxaracaq.
Ərazilərin geri qaytarılmasında yerli sünni qruplaşmalar yaxından iştirak etməlidirlər. Bu addımın atılmasında Ərəbistan yarımadası ölkələri, eləcə də Misir və İordaniya yaxından iştirak etməlidir. Türkiyə konstitusiya böhranını həll etdikdən sonra prosesə öz töhfəsini verməlidir.Ərazilər qeyri-radikal qüvvələrin nəzarətinə keçdikdən sonra Suriya hökumətinin formalaşdırlması ilə məşğul olmaq vacib şərtlərdəndir. Yaxşısı bu olar ki, nüseyrilər (ələvilər) və sünnilərin iştirakı ilə federal sistem yaradılsın. Nüseyri regionları bura daxil olsa, bu zaman genosid və xaos riski azalacaq.
Belə bir Yaxın Şərq ABŞ-dan hərbi zaminlik tələb edəcək. Hansını ki, Administrasiya İranla nüvə razılaşdırılması zamanı ənənəvi sünni tərəfinə söz verib.
Bu kontekstdə açar rolunu İran oynaya bilər. Əgər İran beynəlxalq münasibətlərdə Vestfal siteminə sadiqlik nümayiş etdirsə, o zaman ABŞ İranla dialoqa hazır olmalıdır.
ABŞ 21-ci əsrdə hansı rolu oynayacağını müəyyənləşdirməlidir. Yaxın Şərq rəsmi Vaşinqton üçün çox çətin bir sınaq meydanıdır. Hər şey təkcə ABŞ-ın hərbi gücündən deyl, yeni dünyanı anlamaq və onu idarə etmək anlayışından da asılı olacaq.
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər