İran azərbaycanlıları nəyə etiraz edir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-11-2015, 22:07 | Şərh sayı: (0) | Baxılıb: 336
İran azərbaycanlıları nəyə etiraz edir?
İranın İRİB TV-2 kanalının uşaqlar üçün nəzərdə tutulmuş verilişində bəhs olunan hekayəni özlərinə təhqir bilən azərbaycanlıların etirazları, bəzi məlumatlara görə, çərşənbə axşamı günü Təbrizdə davam edib.
Bazar ertəsi Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində universitet tələbələrinin başlatdığı nümayişlər daha sonra azərbaycanlıların yaşadığı digər şəhərlərə - Təbriz, Xoy, Marağa, Zəncan və digər şəhərlərə də yayılıb.
Azərbaycanlıların narazılığına səbəb olan əsas məsələ, əslində, onların öz dilində təhsil almaq hüququnun olmamasıdır, BBC Farsca-dan Faraj Balafkan izah edir.Etirazçıların şuarları əsasən Azərbaycala bağlıdır. Azərbaycanlılar əsasən öz dillərində təhsil və siyasi-ictimai azadlıqlar tələb edirlər,misal üçün, Britaniyadakı şotlandlar və ya uelslilər kimi," cənab Balafkan deyir.
Bazar ertəsi keçirilmiş etiraz nümayişlərində polislə etirazçılar arasında qarşıdurma baş verib.
Etirazlar zamanı bir neçə nəfərin həbs edildiyi bildirilsə də, polis bu xəbərləri nə təsdiq, nə də təkzib edib.
Veriliş
Etiraza səbəb olmuş "Fitilieh" adlı televizya verilişində bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir.
Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir.
Cümə günü yayımlanmış verilişdə uşaq və atasının dialoqu azərbaycan dilində gedir.
BBC Farsca-nın verdiyi xəbərdə deyilir ki, İranın Dövlət Televiziya və Radio Şirkəri bəyanat verərək "Fitilieh" verilişində səslənən sözlərə görə İran azərbaycanlılarından üzr istəyib.
Azərbaycanlıların keçirdiyi etiraz aksiyaları zamanı "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə", "Azərbaycan var olsun, istəməyən kor olsun!" və "Haray haray, mən türkəm!" kimi şüarlar səsləndiriblər.
Buna bənzər hadisə 2006-cı ildə də baş vermişdi.
Həmin vaxt İran jurnallarından birində dərc olunmuş tarakan karikaturası ölkədə etnik azərbaycanlılar arasında narazılıq yaratmış və hadisələr böyüyərək bir çox şəhərlərdə üsyanlar şəklini almışdı.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər