Məkkə faciəsi: İran səudiləri məhkəməyə verəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-09-2015, 09:39 | Şərh sayı: (0) | Baxılıb: 1111
Məkkə faciəsi: İran səudiləri məhkəməyə verəcək
İran Məkkə yaxınlığında 136 iranlı daxil olmaqla 700-dən artıq insanın ölümü ilə nəticələnən basırığa görə Səudiyyə Ərəbistanını beynəlxalq məhkəməyə verəcək.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə İranın dövlət prokuroru İbrahim Raisi məlumat verib.
Raisi sözügedən hadisəni cinayət adlandırıb və məhkəmə araşdırmasına ehtiyac duyulduğunu bildirib.
Prokuror qeyd edib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti kral maşın karvanının keçməsi üçün zəvvarların istifadə etdiyi yolu bağlayıb və nəticədə basabas yaranıb.
Son məlumatlara görə, basırıq zamanı ölənlərin sayı 770 nəfərə çatıb, 934 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər