Şeytan daşlama faciəsinə görə 28 nəfərin başı kəsiləcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 12:39 | Şərh sayı: (0) | Baxılıb: 397
Şeytan daşlama faciəsinə görə 28 nəfərin başı kəsiləcək?
Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı baş verən faciəyə görə məsuliyyət daşıyan şəxslərlə bağlı müzakirələr və iddialar davam edir.
Lent.az "Cihan" xəbər agentliyinə istinadən bildirir ki, kral Salman faciəyə səbəb olduğu deyilən 28 nəfərin edamına qərar verib. Lakin iddia edilir ki, həmin 28 nəfərin məlum hadisələrin baş verməsində günahı olmayıb.
Belə ki, Livanın "El Diyar" qəzeti xəbər verir ki, 769 nəfərin ölümünə səbəb olan izdiham kral Salmanın oğlu şahzadə Məhəmmədin həmin gün öz korteji ilə yaxınlıqdan keçməsi və bu səbəbdən yolların bağlanmasına görə baş verib. Lakin Səudiyyə hakimiyyəti bu faktı gizlətməkdə maraqlıdır və tez-tələsik 28 nəfəri edam etməklə aranın sakitləşməsinə çalışır.
O da bildirilir ki, həbs edilən 28 nəfərin başı tez bir zamanda kəsiləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı məlum hadisələr zamanı 769 nəfərin öldüyünü bildirsə də, İran bu rəqəmin 4700 olduğunu bəyan edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər