Türkiyə telekanalından ermənipərəst addım |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-09-2015, 16:35 | Şərh sayı: (0) | Baxılıb: 444
Türkiyə telekanalından ermənipərəst addım
Türkiyənin NTV kanalı sentyabrın 25-də cəbhədə erməni təxribatının qarşısını alarkən Azərbaycan ordusunun şəhid verməsi xəbərini “özünəməxsus” formada təqdim edib. Telekanalın saytında yer alan xəbərdə sanki Türkiyə ilə “bir millət, iki dövlət” olan Azərbaycandan deyil, üçüncü bir ölkədən bəhs edilir. “Azərbaycan-erməni sərhədində yaşanan silahlı qarşıdurmada 4 erməni əsgəri ilə bir azəri əsgəri həyatını itirdi”, - deyə xəbərdə deyilir. Xəbərdə istifadə olunan fotonun isə Ermənistan ordusuna aid olduğu açıq şəkildə görünür. NTV-nin bu xəbərlə Azərbaycanla Ermənistan arasında heç bir fərq qoymadığı, əksinə erməni ordusunun fotosunu verməklə ermənilərə daha yaxın formada çıxış etdiyi aydın olur. Xəbərin mahiyyətini araşdıranda ortaya çıxan məqamlar bunu açıq şəkildə göstərir: 1. Xəbərdə Azərbaycanın şəhid olmuş hərbçisi “əsgər” deyə təqdim edilir. 2. İstifadə olunan foto erməni əsgərlərinə aiddir. Maraqlıdır ki, internetdə Azərbaycan ordusunun fotosunu tapmaq asan olduğu təqdirdə, telekanal erməni ordusunun fotosundan niyə istifadə edir?! 3. “Sərhəd” ifadəsi ilə telekanal öz yanlışını bir daha büruzə verir. Belə ki, xəbərdə “sərhəd” deyilən ərazilər Azərbaycanın işğal olunmuş torpaqlarıdır və bu, BMT səviyyəsində tanınıb. Buna görə də erməni ordusunun işğal etdiyi torpaqlarla Azərbaycan ordusunun təmas xətti iki ölkə arasındakı sərhəd deyil, “cəbhə xətti” olaraq qəbul olunur. (publika)
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər