RSS
 

Login:
Şifrə:
» » Azərbaycanda çevriliş etmək istəyənlər kimdir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycanda çevriliş etmək istəyənlər kimdir?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-11-2015, 11:44 | Şərh sayı: (0) | Baxılıb: 450

Azərbaycanda çevriliş etmək istəyənlər kimdir?


Azərbaycanda çevriliş etmək istəyənlər kimdir?


ABŞ prezident seçkilərinə hazırlaşır və namizədlərin hamısı ölkənin xarici siyasətindəki mümkün dəyişikliklərlə bağlı vədlər verirlər.
Ağ Ev uğrunda mübarizə həmişə olduğu kimi, respublikaçılar və demokratlar arasında olduğundan məhz bu partiyaları təmsil edən namizədlərin mövqeləri maraq kəsb edir.
Barak Obama prezident postunu tərk edəndən sonra ABŞ-ın dünyanın müxtəlif məkanlarındakı siyasətində hansı dəyişikliklər olacaq?
Azərbaycan-ABŞ münasibətlərinin məcrası və istiqamətində yeniliklər gözlənilirmi?
Birləşmiş Ştatlarda Azərbaycanla bağlı "çevriliş planları" varmı və əgər varsa, onları kimlər hazırlayıb?Suallar az deyil və onların cavablarını bilmək Vaşinqtondakı siasi perturbasiyaları təxminləməklə yanaşı, ölkəmizin yaxın gələcəkdə üzləşə biləcəyi təhdidlər və çağırışları müəyyənləşdirmək üçün ilkin addımlar da sayılar.
Rəsmi Bakının yürütdüyü siyasətin taktiki baxımdan Vaşinqtonu təmin etmədiyi bəlli.
ABŞ-ın "Pax Americana" strategiyasına əsaslanan xarici siyasətində bütün dünya ölkələri iki yerə bölünür: "amerikalıların dostları" və "amerikalıların dostu olmayanlar".
Bu iki kateqoriyanınsa hər birinin yüzlərlə qradasiyası, bölgüsü var ki, onların "dostlar" bölməsi "əsl dostlar"dan tutmuş, "müəyyən vaxtadək dost kimi qələmə veriləcək yaramazlar"adək, "dost olmayanlar" isə Vaşinqtonun konkret maraqlarının təminatı üçün "zəruri əlaqələrin qurulması və qorunmasının labüd olduğu dövlətlər"dən tutmuş, "təcili müdaxilə və hakimiyyət dəyişikliyinin ən qısa zamanda reallaşdırılmasına ehtiyac duyulan"laradək yüzlərlə kateqoriyadan ibarətdir.
Məsələn, ABŞ-ın "dost" aldandırdığı ölkələr arasında Vaşinqtonun ən sadiq müttəfiqləri Britaniya və İsrail var ki, onlar belə, fərqli mövqelərə layiq biliniblər.
Amerikalılar bir qayda olaraq Britaniyada casusluq etmirlər və Londonu sadəcə, Avropadakı proseslərə ciddi təsir vasitəsi hesab edirlər: Dumanlı Albion 1945-ci ildən bəri Vaşinqtonla tandemdə çıxış edir və amerikalıların bütün "təşəbbüs"lərini dərhal dəstəkləyir.
İsrailə gəldikdə isə, Yaxın Şərqdə ABŞ-ın ən önəmli və strateji müttəfiqi sayılan bu ölkə Birləşmiş Ştatlarda fenomenal siyasi təsir imkanlarına malik diaspora, lobbiyə malik olsa da, amerikalılarla israillilərin münasibətlərində sürəkli sərinləşmələr, hətta qarşıdurmalar adi haldır. Üstəlik, amerikalıların İsraildə, İsrailin də kəşfiyyat strukturlarının ABŞ-da casusluq etmələri artıq moveton sayılır.
Birləşmiş Ştatların "yaxın dost" yox, "dost və tərəfdaş"" saydığı ölkələrin taleyi isə çox fərqli, mövqeləri müxtəlif, Vaşinqtonla münasibətləri çeşidlidir.Belə "dost və tərəfdaş"lar arasında İraq, Çin, Yeni Zelandiya və ya Burundi də var.
ABŞ sadaladığımız ölkələrlə münasibətləri həmişə təzyiq, təsir və pressinq taktikası müstəvisində həyata keçirir, yalnız öz maraqlarının təminatına və mənfəətlərinin reallaşdırılmasında çalışır.
Azərbaycan da ABŞ-ın tərəfdaşıdır. Amma strateji müttəfiqi, "yaxın dost"u deyil - bunu amerikalı siyasətçilər deyirlər. Onların sözlərinə görə, rəsmi Bakı Vaşinqtonla "daha sıx əlaqələr qura bilərdi, amma qurmaq istəmir".
Bu ifadə çox söylənir və artıq az qala refrenə çevrilir.
Bakı okeanın o tayı ilə əlaqələri sıxlaşdırmaq, münasibətləri aktivləşdirmək istəyir, lakin bu münasibətlər qarşılıqlı sayğıya, maraqların nəzərə alınmasına və ikitərəfli münasibətlərin birtərəfli hərəkət istimaqətli prosesə çevrilməsinə yol verməyən anlayışlara əsaslanmalıdır.
Vaşinqtondakı müəyyən dairələrsə bundan narazıdırlar, çünki onlar "Bakı ilə tərəfdaşlıq" dedikdə Azərbaycandan vassallıq, "süzeren" ABŞ-a tam itaət tələb edirlər.
İstəmirlər, təklif etmirlər - məhz tələb edirlər və bu aqressiv davranışlarını, ultimativ bəyanatlarını pərdələmək, diplomatiyanın ən təməl qanunlarına riayət edərək niyyətlərini sivil formada izhar etmək istəmirlər.
Həmin siyasətçilər Azərbaycanı, kim bilir, Svazilend və ya Liberiya kimi banan respublikası sayır, Vaşinqtondan verilən göstərişlərin dərhal, qeyd-şərtsiz yerinə yetirilməsini gözləyirlər.Azərbaycan dövlət müstəqilliyi qazanandan bəri belə tələblər azalmır və son vaxtlar onların sayında artım müşahidə olunur.
Cənubi Qafqaz və Xəzər regionunda geostrateji baxımdan ən önəmli dövlətlərdən biri sayılan Azərbaycanın müstəqil siyasət yürütməsi, Rusiya və İranla normal tərəfdaşlıq əlaqələrində olması, Türkiyə ilə münasibətləri "bir millət, iki dövlət" prinsipləri əsasında qurması və bu prinsipə sədaqətli qalması, ABŞ-ın təşəbbüsü ilə yaradılan antiterror koalisiyalarında yer almasına rəğmən, aktiv hərbi əməliyyatlara qatılmaması və Vaşinqtonun satelliti rolunu oynamaq istəməməsi, ən mühümü isə Vaşinqtondakı "müşavir və məsləhətçilər"in ölkənin daxili işlərinə kobud, qaba müdaxilələrinə yol verməməsi, təbii ki, Potomak sahillərindəki güc mərkəzlərini, qüdrətli strukturları qıcıqlandırır.
Vaşinqtondakı bu şəxslər və strukturlar hələ də anlamırlar ki, Azərbaycan, "əfsuslar olsun", amerikalılar üçün Havay adaları, Dominikan Respublikası, Panama və ya Qrenada deyil - burada dövlət çevrilişləri ilin fəsillərinə uyğun gerçəkləşdirilmir, ABŞ-dakı hərbi məktəblərdən birini bitirmiş leytenant və ya kapitan tankın belinə dırmaşaraq "Haydı, prezident sarayını alaq!" bağıraraq qəhrəman olmaq şansına yiyələnmir, ölkədəki bütün alış-veriş əməliyyatları ABŞ dolları ilə aparılmır və məmurlar da amerikalıların əmrlərini yerinə yetirməkdən maniakal həzz almırlar.

Kapitolidəki "dostlarımız" dərk etmirlər ki, biz onlarla xitab edərkən Afrikadakı binəva dövlətlərin sakinlərindən fərqli olaraq "bvana" söyləməyəcəyik və ümumiyyətlə, azərbaycanlılarda "okeanın o tayından gəlmiş səxavətli, ağıllı, qüdrətli ağdərililər" qarşısında pietet səviyyəsindəki müti təzimləmə istəyi yoxdur.

"Təyyarə gələr, bizi bəxtəvər edər"

1885-ci ildə Fici arxipelaqında "Tuk" adlı hərəkat yarandı, sonradan Papua-Yeni Qvineyanın şimalında "Taro"ya, cənubunda isə "Vaylala"ya çevrildi.
Bu inanclar dünyada "cargo cult", yəni "yükə sitayiş" kimi tanınır.İkinci Dünya Müharibəsi illərində Sakit Okeandakı adalarda Yaponiya ilə vuruşan ABŞ həmin adalara və arxipelaqlara çoxlu yüklər daşımışdı.
Geyim, silah, konservlər, çadırlar, dərmanlar adalara böyük miqdarda daşınırdı və bu daşımalar ABŞ ordusunun təminatı üçündü. Daşımalarda bələdçilər isə yerli sakinlər, aborigenlərdi.
Amma müharibə başa çatdı, yüklər, yəni "cargo" artıq gəlmədi.
Yükləri almaq, səmadan düşən paraşütləri görmək, uçub-enən təyyarələri və sahilə yan alan gəmiləri qarşılamaq ümidi ilə aborigenlər amerikalı əsgərlər, dənizçilər və təyyarəçilərin hərəkətlərini imitasiya etməyə başladılar.
"Cargo cult"un mənsubları olan aborigenlər indi də ayinlər zamanı başlarına otlardan və yarpaqlardan hörülmüş "dəbilqə"lər qoyur, ağacdan düzəldilmiş "nəzarət-dispetçer qüllələri"ndə oturur, eniş siqnallarını təqlid edir, hətta bambuk və budaqlardan düzəlmiş "təyyarə"ləri qarşılayırlar.
"Cargo cult"a sitayiş edənlər sidq-ürəkdən inanırlar ki, amerikalılar ulu əcdadları ilə "ruhi əlaqələr"ə malikdirlər və məhz bu səbəbdən "belə ağlagəlməz miqdarda varidatı istehsal" edə bilirlər.
Vanuatu arxipelaqındakı Tanna adasında "Fruma sitayiş" var. Yerlilər ayinlər zamanı sinələrinə keçi qanı ilə "USA" yazır, amerikalıların "hərbi paltar"larını geyinir və amerikalıları gözləyirlər.Ki, onlar göydən yerə yemək, silah, paltar, çadırlar atacaqlar.
...Azərbaycanda da "dövlət çevrilişi" xülyası ilə yaşayanlar, ABŞ-ın "sərt təzyiqləri"nin ciddi nəticələr verəcəyini düşünənlər həmin "cargo cult" mənsubu olan aborigenlərə bənzəyirlər.
Qvineyalı və ya vanuatulu aborigenlər sinələrinə keçi qanı ilə USA yazıb qərinələrdən bəri amerikalıları gözləyirlərsə, belələrinin Bakıdakı ideya tərəfdaşları və həmfikirləri "Azadlıq" radiosunun ölkənin hər yerində azad yayımda olacağı, Soros Fondunun və Milli Demokratiya İnstitutunun az qala hər küçədə nümayəndəliyinin açılacağını, Bakının neftindən tutmuş, ölkənin bütün iqtisadiyyatına "demokratik nəzarət"i ələ keçirəcək amerikalıların şirkətlərindən birində işləyib dollarla maaş alacaqlarını və daha nələri gözləyirlər.
Belələri üçün Azərbaycanın maraqları yox, ABŞ-ın mənafeləri önəmli olduğundan Birləşmiş Ştatlarda siyasi baxışlarına görə tutulan adamlar "qatı cinayətkarlar və terrora meylli adamlar", Azərbaycanda sırf məişət cinayətlərinə görə azadlıqdan məhrum olunanlarsa "siyasi məhbuslar"dır.Azərbaycandakı "siyasi məhbus"lardan danışmağı sevənlər nədənsə ABŞ-dan bəhs edəndə Ancela Devis, Leonard Peltier, Mayn Rid və daha yüzlərlə, minlərlə siyasi məhbusun varlığını ümumiyyətlə "unudur"lar.
Lakin onların anlamadıqları, dərk edə bilmədikləri bir məqam var.
Azərbaycanda aşkar qərbpərəst liberalların, indi özlərini "azadlıq mücahidləri" kimi göstərən yığnağın hakimiyyətə gəlişi mümkün deyil.
Belə liberallara stavka edən ABŞ Suriyada, İraqda, Liviyada, Əfqanıstanda "demokratik cəmiyyət" qurmaq adı ilə qanlı vətəndaş müharibəsinə, səngimək bilməyən faciələrə, yüz minlərlə insanın ölümünə, qaçqın düşməsinə səbəb oldu.
Azərbaycan bunu istəmir və hadisələrin "demokratik ssenari ilə inkişafı"na yol verməyəcək.
Okeanın o tayı artıq anlamalı və buradakı taylarının siyasi meyit olduqlarını görməlidir.Bakıda keçirilən "möhtəşəm müxalifət mitinq"lərinə gəldikdə isə, Tolkin fanatlarının rol oyunlarına daha çox bənzəyən bu "comic son"lara toplaşanların sayının sürəkli azalması Vaşinqtona heç nə demirmi?


Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor