RSS
 

Login:
Şifrə:
» » Vuran, vurulan və bəhanələr körpüsü

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Vuran, vurulan və bəhanələr körpüsü

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 18:01 | Şərh sayı: (0) | Baxılıb: 385

Vuran, vurulan və bəhanələr körpüsü


Vuran, vurulan və bəhanələr körpüsü


Daha böyük bir qüvvə bizi dayandırana qədər fəaliyyətimizə davam edəcəyik
Bunlar ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin hüquq müşaviri Devid Eddinqtonun 11 sentyabr, 2011-ci il tarixindən bir neçə ay sonra həmin vaxt Ədliyyə Departamentinin Hüquq Məsləhət Bürosunun rəhbəri olan Cek Qoldsmitə dediyi sözlərdir. Qoldsmit sonradan Çeyni və Eddinqtonda həyatında görmədiyi qədər inadkarlıq gördüyünü demişdir. Qoldsmit özünü Çeyni və Eddinqtonun düşməni hesab etmirdi. Çox güman ki, onların siyasi görüşlərinin bir çoxu ilə də razı idi. Qoldsmiti təəccübləndirən əsas şey onların məsum insanların həyatını məhv edə və Konstitusiyanı təhrif edə biləcək gizli qanunlar və zorakılıq təbliğ edən siyasətdən dönməmələri idi. 2001-ci ildən sonra Buş administrasiyasının yeritdiyi siyasətə haqq qazandırmış neo-mühafizəkarlar haqqında da eyni şeyi demək olar. Onlar da dayandırılana qədər inadkarcasına əməllərindən dönmürlər. İndiyə qədər isə onları uzun müddət dayandıra bilən olmayıb.Tanınmış amerikalı siyasi ekspert, Yel Universitetinin professoru Devid Bromviç "Playing the Long Game on Iran" məqaləsində bildirir ki, onların əməllərinin ən aydın nümunəsi olan 2003-cü il İraq müharibəsi üçün aparılmış təşviqat 1996-cı ildə strateji xarakterli memorandumla başladı, buna görə də, onların Yaxın Şərqi 20 il müddətinə parçalamaq istədiklərini desək, yanılmarıq. Ancaq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Çin, Fransa, Rusiya və Birləşmiş Krallıq) və Almaniya ilə İran arasında nüvə razılaşmasının imzalanması işi pozdu. Neo-mühafizəkarların əhəmiyyətini artıran müharibə və müharibə ehtimalı olub. İranla nüvə razılaşması legitimlik qazanarsa, onların gücü də əllərindən çıxacaq. Neo-mühafizəkarlar indi də çox diqqət çəksələr də, 2003-cü illə 2015-ci il arasındakı əsas fərq artıq onlara tabe olan bir prezidentin olmamasıdır.

Prezident Obama Amerika Universitetindəki çıxışlarının birində nüvə razılaşmasını qəti şəkildə müdafiə etdi. Onun prezident olduğu müddətdə xarici siyasətdə verilmiş bir qərarın ilk dəfə geniş şəkildə izahını verdiyi bu çıxışı, əslində, "bəlağətli" olmasına görə yox, əsaslı fikirlər səsləndirdiyinə görə xatırlanan ilk çıxışı idi. Prezidentin nitqi gözlənildiyi kimi bəziləri tərəfindən tənqid də edildi.

Çıxışa 2003-cü il İraq müharibəsinə haqq qazandıran ideologiyadan danışmaqla başlayan Obama dedi: "Biz bizi bu səviyyəyə qədər gətirib çıxaran, hərbi müdaxiləni diplomatiyadan üstün tutan, beynəlxalq səviyyədə fikir birliyi əldə etmək əvəzinə ABŞ-ın birtərəfli fəaliyyətini seçən zehniyyətə son qoymalıydıq. Müharibənin vuracağı zərərlərlə bağlı Amerika xalqına dürüst davranmayan liderlər dünyanın tamamilə fərqli mədəniyyət və tarixə sahib olan bir hissəsində istəklərimizi asanlıqla yerinə yetirə biləcəyimizi iddia etdilər və təbii ki, özlərini güclü və qətiyyətli, onlarla razılaşmayanları isə zəif adlandırdılar" (4npress).

Obama çıxışında ad çəkməməyə xüsusi diqqət yetirsə də, onun sözlərindən kimləri nəzərdə tutduğunu başa düşmək o qədər də çətin deyil:Hərbi müdaxiləyə üstünlük verən zehniyyət: BMT-nin nüvə agentliyinin müfəttişlərinin İraqdan çıxması əmrini verən Prezident U.Buş. Səbəb isə 2003-cü ilin martında İraqı bombalamaq planı idi.

BMT-nin birtərəfli fəaliyyətini seçən zehniyyət: Fransa və Almaniyanın əməliyyatlara qoşulmasına imkan verməyən müdafiə katibi Donald Ramsfeld.

Liderlər müharibənin vuracağı zərərlərlə bağlı Amerika xalqı ilə dürüst davranmadı: Müharibədən sonra İraqda nizamı qorumaq üçün 400 min nəfərlik qüvvə saxlanması lazım olacağını deyən ABŞ Ordusunun Baş Qərargah rəisi Erik Şinsekinin sözlərinə əhəmiyyət verməyən müdafiə katibinin müavini Pol Vulfoviç.

Dünyanın tamamilə fərqli mədəniyyət və tarixə sahib olan bir hissəsində istəklərimizi asanlıqla yerinə yetirə biləcəyimizin iddia edilməsi: Yaxın Şərqdə Amerikaya məxsus demokratiya arzusunun olmasını iddia edən Buş və onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Rays.

Obama sözlərinə belə davam edib: "Dəfələrlə səhv çıxmaqlarına baxmayaraq, peşman olmayan eyni insanların irəli sürdüyü həmin zehniyyət İranı daha gücləndirib, ABŞ-ı daha çox təcrid edən müharibəyə gətirib çıxardı". Həmin insanlar səhv etdiklərini heç vaxt anlamayıblar. Bəziləri işğaldan sonra vəziyyətin düzgün idarə edilməməsinə görə prezident Buşu və İraqda yaradılan Müvəqqəti Koalisiya Hakimiyyətinin rəhbəri Pol Bremeri günahlandırır; digərləri Səddam Hüseynin əlində, həqiqətən də, nüvə silahları olduğu, lakin hansısa yolla silahları Suriyaya göndərə bildiyini iddia edir; bəziləri isə müharibədən sonrakı üsyanın əsas səbəbkarlarının İrandan İraqa göndərilən şiə hərbçilərinin və silahların olduğu fikrində qalır.

Bilinməyən sadə faktlar

İsrailin baş naziri Benyamin Netanyahunun nüvə razılaşmasını pisləməsindən sonra prezident çıxışı zamanı ABŞ və İsrailin fərqli milli maraqlara sahib olduğunu deməyə özünü məcbur hiss etdi. Müttəfiq olmalarına baxmayaraq, iki fərqli ölkə olduqlarını bildirən prezident dinləyicilərinin özlərinin nəticə çıxarmalarını gözlədi: iki ölkənin bir anda fərqli və eyni olması mümkün deyil. Obama sözlərinə belə davam etdi: "Düşünürəm ki, razılaşmanın şərtləri həm Amerikanın, həm də İsrailin maraqlarına uyğundur. Mən ABŞ prezidenti olaraq, sırf yaxın bir dost və müttəfiqlə müvəqqəti fikir ayrılığı yaratdığına görə, düzgün olduğunu düşündüyüm şeyin əksinə fəaliyyət göstərsəm, konstitusiya qarşısında qəbul etdiyim vəzifədən yayınmış olaram". Burada prezident ABŞ konstitusiyasını qorumaq, yəni başqa bir ölkənin yox, öz ölkəsinin maraqlarına uyğun hərəkət etməyə and içdiyinə diqqət çəkir.Obama bu gün İsrailin maraqlarını ön planda tutan amerikalıları nəzərdə tutaraq, konstitusiya ilə öhdəliyinə götürdüyü vəzifələri xatırladır. Obama Netanyahunun Amerikanın maraqları ideyasını dəstəkləmək üçün seçilmədiyi kimi İsrailin maraqları ideyasını dəstəkləmək üçün israillilər tərəfindən də seçilməmişdir.

Məşhur israilli jurnalist və keçmiş dövlət müşaviri Daniel Levi "Foreign Affairs" jurnalında çıxardığı məqalədə bu gün o qədər də xatırlanmayan bir fakta diqqət çəkib: Netanyahunun İranla danışıqları pozmaq üçün davamlı səy göstərməsi. Əslində, ilkin olaraq, nüvə danışıqlarının adi silahların satışı və ya ticarəti ilə bağlı razılaşmalardan ayrı bir şəkildə izlənilməsini istəyən Netanyahunun özü idi. Onun bu yolu seçməsinin səbəbi isə bunun danışıqları pozacağından əmin olması idi. Ancaq işlər istədiyi kimi getmədi.

Obama çıxışını bu sözlərlə bitirdi: "Əgər biz bütün dünyanın yekdilliklə dəstəklədiyi diplomatik həll yolundan imtina edərsək, hərbi müdaxilənin yerinə mövcud olan alternativlər tükənəcək. Qarşımızda iki seçim var: diplomatiya, ya da müharibə - bəlkə də, bu ehtimal sabah və ya üç ay sonra gerçəkləşməyəcək. Ancaq əvvəl-axır bunun şahidi olacağıq".

Əgər neo-mühafizəkarların şüarlarını təkrarlayan respublikaçılara qulaq assaydınız, bu həqiqəti heç vaxt eşitməzdiniz. Onlara qalsa, İsrail "təhlükə ilə əhatələnib". İslamçılar Meksika ilə sərhəddən ABŞ-a keçməyə hazırlaşırlar. İran terrorizmin ən böyük dəstəkçisidir. Bunların mənşəyinin hardan gəldiyini bilmədən danışan rəsmilər heç utanmırlar.

Əgər prezident izlədiyi siyasəti izah edərkən bir səhvə yol veribsə, o da bəzi şeyləri deməyə ehtiyac duymamış olmasıdır. Amerikalılar kimi 20 ildir siyasi düşüncələri dəyişdirilməyə çalışılan bir xalqı düzgün yola qaytararkən heç bir şey önəmsiz hesab edilməməlidir. Amerikalıların əksəriyyəti İslamçıların, əl-Qaidənin, əl-Nüsrə və İslam Dövlətinin sünni müsəlman adlandırıldıqlarını, eləcə də, İranı idarə edən və Suriya hökumətini dəstəkləyən şiə müsəlmanların heç vaxt ABŞ-a hücum etmədiklərini bilmirlər.Sadə dillə desək, şiə və sünnilər iki ayrı məzhəbdir və İran şiələri ABŞ-ın Suriya və digər yerlərdə mübarizə apardığı eyni düşmənlərə qarşı mübarizə aparırlar. İnternet üzərindən əsassız mənbələrdən məlumat alan əksər amerikalının 11 sentyabr hadisələrini törədənlərin sünni fanatiklər olduqları haqda heç bir məlumatı yoxdur. Bu insanların heç birinin İraq və ya İrandan gəlmədiyini öyrənmək onlar üçün təəccüblüdür. Amerikalılar hücumlarda ittiham olunan 19 terroristdən 15-nin ABŞ-ın müttəfiqi hesab olunan Səudiyyə Ərəbistanından gəldiyini, Suriya və İraqda xaos yaradan islamçı döyüşçülərin Səudiyyə və Qətərin elit təbəqəsi tərəfindən maliyyələşdirildiyini bilmirlər. İslam Dövlətinə qarşı ən ağır döyüşləri İranın özü tərəfindən aparıldığı heç vaxt qeyd edilməyib.

Obama prezident olduğu müddətdə İrandan danışarkən həm əlaqələrin yaxşılaşdırılmasına ümidi olduğunu deyib, həm də bu ölkəni sərt tənqidlərə məruz qoyub. Bunu etməkdə məqsədi hörmət etdiyi siyasi elitanın şübhələrini yox etməkdir. Əslində isə bu strategiya düzgün deyil. Franklin Ruzvelt və Uinston Çörçil 1941-ci ildə Sovet İttifaqını tənqid etmədən diktator İosif Stalinlə tərəfdaş oldular. Stalinin törətdiyi cinayətlər isə İrana aid edilə biləcək istənilən fəaliyyəti ötüb keçmişdir. Mühüm bir müttəfiqin tənqid edilməsi adəti cəfəngiyyatdır və bu adət demokratiya şəraitində sıravi insanların baş verənləri düzgün dəyərləndirməsinə mane olur.

Neo-mühafizəkarlarla respublikaçıların nüvə razılaşmasının ləğv edilməsinə nail olmaları ehtimalı nə qədərdir? Prezident Ronald Reyqanla Mixail Qorbaçov arasında Reykyavik, Vaşinqton və Moskvada müvafiq olaraq, 1986, 1987 və 1988-ci illərdə baş tutmuş görüşləri götürək. Həmin vaxtlar neo-mühafizəkar hərəkat hələ yeni formalaşırdı. Hərəkatın Riçard Perl kimi ilk liderlərindən bəziləri Reyqan administrasiyasında çalışırdılar və onların hamısı 1988-ci ildə Avropada orta-mənzilli nüvə silahlarının ləğvi ilə bağlı imzalanmış sazişə qarşı idilər. Bu razılaşma ilə 2611 raket məhv edildi və bu, 1963-cü ilin sonunda nüvə silahlarının sınaqdan keçirilməsinin qadağan olunması haqqında imzalanmış sazişdən sonra atılmış ən böyük addım idi.

Ancaq həmin dövrdə Reyqanın göstərdiyi bütün diplomatik cəhdlər təkcə neo-mühafizəkarlar tərəfindən yox, eyni zamanda "diplomatik irəliləyiş"də öz sözünü demiş şəxslər tərəfindən də bəyənilmirdi: keçmiş prezident Riçard Nikson və keçmiş dövlət katibi Henri Kissincer; Corc Uill və Uilyam Safir və s. Reyqan və Qorbaçovun danışıqlarına şübhə ilə yanaşanlar arasında Robert Qeyts və ovaxtkı vitse-prezident Corc H.U.Buş kimi siyasi və təhlükəsizlik qurumlarının "realist" və "mötədilləri" də var idi. Niyə görə Qeyts? Çünki o, MKİ-nin direktor müavini idi və MKİ Sovet Rusiyası ilə rəhbərliyinin heç vaxt dəyişməyəcəyindən əmin idi. Bəs Buş niyə? Çünki o da həmin dövrdə prezidentliyə namizədliyini irəli sürmüşdü.Həmin dövrdə də bu gün İranla nüvə razılaşması nəticəsində olduğu kimi prezident Reyqanın 1986-cı ildə siyasətdə dəyişiklik ediləcəyini bildirməsi siyasi qurumlar və medianın təəccübünə səbəb oldu. Bu dəyişikliyi bildirən 1983-cü ildə Sovet İttifaqını "şər imperiyası" adlandıran həmin Ronald Reyqan idi. Ondan hələ də bu fikirdə olub-olmadığı soruşulduqda isə belə cavab vermişdi: "Xeyr. O dövr başqa idi. Düşünürəm ki, bu dəyişikliyin əsas səbəbkarı əvvəlki liderlərdən fərqli olduğunu düşündüyüm Mixail Qorbaçovdur". 1987-ci ilə qədər Reyqana rəğbət həddən artıq azalsa da, o, Qərbin dünya kommunizminə qarşı qüsursuz müdafiəçisi kimi öz reputasiyasını saxladı. Reyqan sonda Senatda Sovet İttifaqı ilə nüvə sazişi bağlanmasına 93-5 nisbətində səs çoxluğu ilə nail oldu.

ABŞ-ın hərbi və təhlükəsizlik qüvvələri prezidentin yanındadır. Bir də bu fakt çoxlarına məlum olmasa da, müdafiə və təhlükəsizlik məsələləri üzrə danışmaq səlahiyyəti olan israillilərin böyük əksəriyyəti də Obamanın tərəfindədir. Hətta İsrailin prezidenti Reuven Rivlin də Netanyahunun Amerikanın siyasi işlərinə müdaxilə etməsinin düzgün olmadığını düşündüyünü qeyd edib. Keçmiş baş nazir Ehud Barak isə İsrailin nüvə razılaşmasını qəbul etməli və razılaşmanın pozulacağı halda hansı tədbirlər görüləcəyi ilə bağlı ABŞ-la uzlaşma yaratmalı olduğunu bildirib. Bundan başqa, 6-sı Nobel mükafatçısı olmaqla, nüvə sahəsində təcrübəsi olan 29 amerikalı alim tərəfindən yazılan məktubda razılaşmanın ciddiliyinə zəmanət verilir və İranın sahə təftişini gecikdirməsinə 24 günlük məhdudiyyət qoyulması təriflənir. Belə ki, alimlərin bildirdiyinə görə, bu müddət nüvə fəaliyyətinin izlərini gizlətməyə kifayət etməyəcək qədər qısadır.

Nüvə razılaşmasını dəstəkləyən başqa iki məktub da var. Bunlardan birincisi keçmiş ABŞ diplomatları, digəri isə keçmiş admiral və generallar tərəfindən tərtib edilib. ABŞ-ın hərbi, diplomatik və elmi birlikləri arasında müəyyən bir razılaşmanın faydaları üzrə yekdilliyə bu qədər yaxınlaşıldığına nadir hallarda rast gəlinib. Bu cür dəstək verilməsi ümid etməyə əsas versə də, neo-mühafizəkarlar və onları dəstəkləyən repsublikaçılar tükənməz enerji ilə bunun əleyhinə gedirlər.

İrana hücum planları, 2002-2015

İndiyə qədər "Terrorizmlə Mübarizə" haqqında mediada müxtəlif məqalələrlə çıxış edən fəal iştirakçıların fikirlərinə baxaq. Məsələn, Buşun prezident olduğu dövrdə Dövlət Departamentində çalışmış, Xarici Əlaqələr Şurasının keçmiş prezidenti Riçard Haas İraq müharibəsinə qarşı heç vaxt açıq bir etirazla çıxış etməyib. Neo-mühafizəkar müəssisə kapitalisti Mark Dubovitz İraqın işğalını fəal şəkildə təbliğ edən Ruel Mark Qerext ilə birgə bir sıra məqalələr yazıb. Ötən ilin noyabrında "The Wall Street Journal" qəzetində yayımladıqları məqalədə danışıqların İranın nüvə silahı əldə etməsini asanlaşdıracağını iddia edirdilər. Onların fikrincə, həddən artıq zəif olan Obama öz səhvlərinin ucbatından vəziyyətdən alternativ çıxış yolu tapa bilmir. Ancaq daha ağıllı və güclü prezidentin baxacağı üç həll yolu irəli sürürlər. Birincisi, "Ağ Ev diplomatiyanı bir kənara qoyub, ilkin olaraq, İranın nüvə obyektlərinə zərbə vura bilər". İkincisi, "administrasiya hazırkı danışıqları ləğv edib sanksiyalara qayıda bilər". Üçüncüsü isə, "yeni, hətta daha sərt sanksiyalar qəbul edilə bilər". Bu ssenarilər neo-mühafizəkarların "seçimləri"ni təcəssüm etdirir. 2013-cü ildə "The Atlantic" jurnalında çıxan məqaləsində Dubovitz İranda Həsən Ruhaninin prezident seçilməsinin qeyd ediləcək bir şey olmadığını yazırdı. Onun fikrincə, İranın dini liderinin sadiq qulu olan Həsən Ruhani ABŞ-ı İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yaxınlaşdırmır.Bu şəxslər İraqın bombalanmasının və işğal edilməsinin yaxşı nəticə verəcəyini düşündükləri kimi indi də İrana hücum edilməsinin fayda gətirəcəyini düşünürlər. Əslində, Qerexti Dubovitzdən fərqləndirən odur ki, o, Buşun İraq strategiyası rəsmi şəkildə tətbiq edilməmişdən əvvəl İrana hücum edilməsini təklif etmişdi. Belə ki, MKİ-nin Yaxın Şərq üzrə keçmiş əməkdaşı Qerext 2002-ci il, avqustun 26-sı Terrorizmlə Mübarizə haqqında ilk dəfə rəsmi məlumat verən Dik Çeynini qabaqlamışdı.

Ümumi proqnozlar verməklə kifayətlənməyən neo-mühafizəkarların nümayəndəsi Qerext 2002-ci ildə İraq və İranda qarışıqlıq olmasının faydalarını sadalamışdı: "Amerikanın İraqı işğal etməsi, çox güman ki, İranda üsyanlara səbəb olacaq. Böyük şəhərlərdə üsyanların başlaması ilə İnqilabi Qvardiya hərəkətə keçəcək və elə bundan sonra da Buş azadlığın səsi olub uzaq məsafədən xeyirxahlığını göstərəcək. Təbii ki, Prezident Buşun İslam Repsublikasına səsini eşitdirməsi üçün İran televiziyasına ehtiyacı yoxdur. Onun dediyi hər şey işıq sürəti ilə bütün ölkəyə yayılır. Prezident, sadəcə, azadlığın müsəlmanların haqqı olduğunu deməyə davam etməlidir".

Beləliklə, neo-mühafizəkarların Yaxın Şərqə demokratiya gətirmək planı belə idi: Corc U. Buşun sözlərini insanlara çatdır, İraqı işğal et və İranda demokratik üsyan başlat, lazım olarsa, bunun üçün ABŞ bomba hücumları və əsgərləri yardıma gəlsin.

Qerext 2014-cü ilin iyununda "The Weekly Standard" jurnalında çıxardığı "Düşmənimin Düşməni Düşmənimdir" adlı məqaləsində İslam Dövlətinə qarşı mübarizədə İrandan kömək almağa qarşı etiraz etdi və əslində sünni terroristlərin Amerikanın maraqları üçün faydalı ola biləcəyi, təşkilata qarşı döyüşlərdə həlak olan iranlıların sayının artmasının 2003-cü ildə reallaşmayan üsyana gətirib çıxara biləcəyi haqqında yazdı.

Əgər bu gün Konqresin üçdə ikisi İranla razılaşma əleyhinə səs verməyə hazırdırsa, bu vəziyyət illərdir sürən etinasızlığın nəticəsidir. Respublikaçılar partiyası və onların milyarder dəstəkçiləri Obamanın Konqresin nüvə razılaşması əleyhinə səs verməsinə veto qoymasının qarşısını almaq üçün üçdə iki səs çoxluğu almağı ümid etsələr də, bu ehtimalın gerçəkləşəcəyini gözləmirlər. Bununla belə, istənilən razılaşmanın qəbul edilməsi üçün təkcə Konqresin təsdiqi yox, xalqın dəstəyi də lazımdır. Buna görə də, sazişin legitimlik qazanmasını istəməyənlər xalqın dəstəyini azalda biləcəklərini və yeni prezidentlə yeni Konqres üzvlərinin bu saziş üçün göstərilən cəhdləri davam etdirməyə cəsarət edə bilməyəcəklərini ümid edirlər.

Daniel Levi belə bir nəticəyə gəlir ki, Netanyahunun iki seçimi var - səs çoxluğu ilə istədiyinə nail ola bilməsə belə, İranla sazişin siyasi baxımdan ziddiyətini saxlaya və İranla əlaqələrin yaxşılaşdırılmasına mane ola bilər. Belə olan halda, ABŞ-ın yeni administrasiyasının 2017-ci ilin yanvarında vəziyyəti əvvəlki halına qaytara biləcəyi ümid edilir.

Çex yazıçı və dissident Vatslav Havel "ideologiya"nın hökumət tərəfindən xalqa təqdim edilən "bəhanələr körpüsü" olduğunu yazırdı. 2001 və 2009-cu illər arasında ABŞ hökuməti neo-mühafizəkarlar tərəfindən idarə edilirdi. İctimai rəy onlara qarşı çevrildi, lakin Yaxın Şərq haqqında düşüncələrin yenidən qarışması ilə bu "körpü"nün yenidən qurulması istiqamətində uzun bir yol qət etdilər. Onlar fanatik olsalar da, karyeralarını ön planda tuturlar, pul və yenidən başladılan təbliğat isə xoşagəlməyən xatirələri unutdura bilər. Neo-mühafizəkarları səmimiyyətsizlikdə də günahlandıra bilmərik. Onlara məxsus hər hansı bir təşkilatın ABŞ-ın İranın resurslarını məhv etməsi ilə İran xalqının demokratiya əldə edəcəyini düşünən nümayəndəsi, həqiqətən də, öz dediyinə inanır. Onlar verdikləri proqnozların 2017-ci ildə Barak Obamadan sonra Corc U. Buş kimi birinin prezident olması ilə reallaşacağını gözləyirlər. Belə insanlar üçün döyüş heç vaxt bitmir, qarşıda həmişə yeni bir müharibə olur. Onları dayandıracaq bir qüvvə ortaya çıxana qədər öz işlərinə davam edirlər.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor