"Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq xəbərdarlığı sarsaqlıqdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-10-2015, 18:10 | Şərh sayı: (0) | Baxılıb: 378
"Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq xəbərdarlığı sarsaqlıqdır"
Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq imkanı barədə növbəti xəbərdarlığı sarsaqlıqdır.
Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.
Ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə bəyan edib ki, hərbi əməliyyatlar təqdirində, Ermənistan Dağlıq Qarabağın "təhlükəsizliyinin təminatı" kimi bütün zəruri addımları atacaq, o cümlədən, onun "müstəqilliy"ini tanıyacaq.
Politoloq bildirib ki, E.Nalbandyan elementar həqiqəti anlamır: "Əgər Azərbaycan ərazilərini azad etmək qərarına gəlsə, Yerevanın Dağlıq Qarabağı "tanıması" boş səsdən başqa bir şey olmayacaq, Ermənistan beynəlxalq arenadakı ləkələnmiş nüfuzuna daha da xələl gətirəcək və dünya ictimaiyyətində gülüşdən başqa bir şey yaratmayacaq. Belə ki, həmin ərazilərin Azərbaycana mənsubiyyəti beynəlxalq strukturların müxtəlif qətnamələri və qabaqcıl dünya ölkələrinin bəyanatları ilə təsdiq edilib".
F.Sadıxov qeyd edib ki, Ermənistana aydın başa salmaq lazımdır ki, hərbi əməliyyatlar başlayarsa, Yerevanın Dağlıq Qarabağı tanıması və ya tanımaması faktının heç bir əhəmiyyəti olmayacaq: "Ermənistan Xarici İşlər Nazirliyinin qarşıya qoyduğu siyasi "məqsədlər" hətta bu ölkənin ekspertləri arasında mənfi reaksiya doğurur. Vəziyyəti ayıq başla qiymətləndirmək və Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək lazımdır".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər