Azərbaycan MN: Erməni hərbi qulluqçuları arasında növbəti insident baş verib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-10-2015, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 357
Azərbaycan MN: Erməni hərbi qulluqçuları arasında növbəti insident baş verib
"Ermənistan hərbi-siyasi rəhbərliyi ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Azərbaycana qarşı növbəti təxribata əl atıb".
Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə dezinformasiya xarakterli məlumat yayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həqiqətdə isə müşahidə zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub.
"Oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən düşmən mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib. Bundan sonra saat 23.40 radələrində düşmənin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib.
Bu, ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti təxribatıdır.
Müdafiə Nazirliyi bildirir ki, bu istiqamətdəki bölmələrimiz yüksəkliklərdə yerləşən mövqelərdən əməliyyat şəraitinə tam nəzarət edirlər", - deyə MN-dən bildirilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər