Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-09-2015, 22:19 | Şərh sayı: (0) | Baxılıb: 433
Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq
Əgər dünya üçün Suriya və Əfqanıstanda dağıdıcı müharibələr, Ukraynadakı böhran azlıq edirsə, hərbi fəaliyyətlərin növbəti teatrı ən qısa müddətdə Cənubi Qafqazda ola bilər.
Ermənistan prezidentinin bütün ölkələr və beynəlxalq institutların Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı Dağlıq Qarabağı ölkəsinin ayrılmaz tərkib hissəsi adlandırdığı bir vaxtda bu məsələ daha kəskin xarakter alıb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin xeyli artmasını, son insan itkilərini və münaqişə tərəflərinin növbəti protokol görüşünün nəticəsizliyini nəzərə alsaq, dünyanın bütün ölkələri Yerevanın növbəti müharibəyə başlamasına qarşı səy göstərməlidir.
Hamı - diplomatlar, hərbi komandirlər, ekspertlər bir ağızdan deyirlər ki, közərən Dağlıq Qarabağ münaqişəsindən bütün Cənubi Qafqaz alovlana və bu alov regionun bütün ölkələrinə toxuna bilər. Buna baxmayaraq, dünya dövlətləri, qələmin bir hərəkəti ilə qoşun yeridən və iqtisadi sanksiyalar tətbiq edən, xalqları köçürən və hava məkanlarını bağlayan dünya liderləri Dağlıq Qarabağa qarşı bu təhdidləri sanki eşitmir.
Ümumilikdə isə dünya aktyorlarının hərəkətində yeni bir şey yoxdur - müharibəyə çevrilmək təhlükəsi olan böhranın inkişaf etdiyi şəraitdə dünya nədənsə həmişəki kimi bu müharibəni gözləyir, sonra isə fəaliyyətsizliyinin nəticəsini kədərlə müşahidə edir.
Biz hadisələrin bu cür inkişafını Yaxın Şərqdə, Ukraynada görmüşük, indi isə Dağlıq Qarabağda daha bir müharibənin şahidi ola bilərik. Regionda müxtəlif dünya oyunçularının maraqlarını nəzərə alsaq, bu müharibə təkcə iki ölkənin torpaq uğrunda müharibəsi olmayacaq, beynəlxalq siyasi arenada təsir uğrunda güclərin yoxlanılması üçün meydana çevriləcək.
Ancaq hazırda Ermənistana təsir edə biləcək, Azərbaycan ərazilərinin cəzasız işğalını dayandıra biləcək liderlər susurlar. Və susqunluq ümumilikdə təkcə regionda sülh üçün məhvedici deyil. O, həm də hər iki ölkə vətəndaşlarının öldürülməsi üçün silaha çevrilir. Əllərində sanksiyalar kimi alətlər olan dünya institutları başa düşmürlərmi ki, onların fəaliyyətsizliyi məhvedicidir və cinayətkarcasınadır?
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər