Şiə şəxslərin kəbinini əhli-sünnə alimi oxusa düzgündürmü? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-03-2017, 12:47 | Şərh sayı: (0) | Baxılıb: 253
Şiə şəxslərin kəbinini əhli-sünnə alimi oxusa düzgündürmü?
Sual: Şiə şəxslərin kəbinini əhli-sünnə alimi oxusa düzgündürmü?
Cavab: Müctəhidlər tərəfindən yazılmış risalələrdə (şəriət kitablarında) əqd (nikah, kəbin) bəhsində kəbin oxuyan şəxsin şiə olması şərt qoyulmayıb. Ayətullahül-üzma Məkarim Şirazinin rəsmi saytında verilən fətvada da bildirilir ki, əhli-sünnə məzhəbində olan şəxs şiə məzhəbindəki etibarlı şərtlər daxilində kəbin oxuyarsa, səhihdir. Yəni kəbin gərək şiə məzhəbinə zidd olan şəkildə oxunmasın. Bunu əhli-sünnənin etməsinin maneçiliyi yoxdur. Əgər əhli-sünnədən olan şəxs şiə məzhəbində məqbul sayılan formada kəbinin sözlərini oxuyarsa, kəbinin digər şərtlərini də (mehriyyə və s.) buna uyğun edərsə, həmin kəbin etibarlı sayılır. Mühüm şərtlərdən biri də budur ki, bakirə qızın kəbini kəsiləndə atasından və ya babasından icazə alınmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər