Vəhhabi şeyxlərinin çoxusu bığlarını qırxıb, saqqallarını uzadırlar və bunu Peyğəmbərin buyurduğunu deyirlər. Bu, düzgündürmü? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 21-12-2015, 19:52 | Şərh sayı: (0) | Baxılıb: 422
Vəhhabi şeyxlərinin çoxusu bığlarını qırxıb, saqqallarını uzadırlar və bunu Peyğəmbərin buyurduğunu deyirlər. Bu, düzgündürmü?
Əvvəla, bunu qeyd edək ki, İslam dinində bığ və saqqalı hər hansı uzunluqda saxlamaq vacib deyil. Əksər müctəhidərin fikrincə vacib həddində bəyənilən əməl (vacibi-ehtiyat) budur ki, insan saqqalını ülgüclə dibindən qırxmasın. Dibindən qırxmamaq şərti ilə istənilən uzunluqda saqqal saxlamaq və xalq içində “saqqalını ülgüclə qırxmayıb” deyilən vəziyyətə riayət etmək kifayətdir. İslamın yarandığı dövrdə başqa din və mədəniyyətlərin daşıyıcıları zahiri görünüş baxımından bəzi cəhətlərlə seçilirdilər. Məsələn, atəşpərəstlər saqqalı qırxıb, bığı uzadırdılar. Bəzi rəvayətlərdə yəhudilərin bu cür etdiyi bildirilir. İslam Peyğəmbəri müsəlmanlara tövsiyə edirdi ki, özlərini məcusilərə və yəhudilərə bənzətməsinlər, yəni əksinə, saqqallarını uzun saxlayıb, bığlarını qısaltsınlar. Hər bir halda, bığın saqqala nisbətən qısa olması lazımdır. Vəhhabilər dinin bir çox əsas əmrlərini kənara qoyub, zahiri görünüşə aid olan məsələlərə daha çox bağlanırlar (məsələn, şalvarın balağını qısaltmaq). Elə buna görə də guya sünnəyə daha dəqiq əməl edirmiş kimi görünmək üçün saqqallarını çox uzadır, bığlarını isə demək olar ki tam qırxırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər