Ziyarətgahlarda şam yandırmaq düzgündürmü? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-11-2015, 20:09 | Şərh sayı: (0) | Baxılıb: 493
Ziyarətgahlarda şam yandırmaq düzgündürmü?
Ziyarətgahlarda şam yandırmaq ənənəsi İslamda yoxdur. Dini mətnlərdə bununla bağlı hər hansı məlumata rast gəlmirik. Buna görə bəzi alimlər bu ənənənin mövhumat nəticəsində xristianlıqdan İslama keçdiyini söyləyirlər. Bəzi hədislərdə məzarların üzərini işıqlı etmək və qaranlıq saxlamamaq tövsiyə edilir. Bu da yəqin ki, o zamanlar işıqlandırma sisteminin olmaması ilə əlaqədar idi. Hal-hazırda ən azından bütün iri ziyarətgahlarda müasir və güclü işıqlandırma sistemi fəaliyyət göstərir. Ona görə də ziyarətgahda şam yandırmağın heç bir mənası qalmır. Üstəlik, yuxarıda qeyd edildiyi kimi bu hərəkət xristianların dəbini xatırladır. Müsəlmana yaraşmaz ki, özünü qeyri-müsəlmanlara bənzətsin və öz müstəhəb dini ayinini onlar kimi yerinə yetirsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər