Allaha, Peyğəmbərə, Əhli-beytə qarşı çıxmış şəxslərin, İslam düşmənlərinin ruhunu söymək olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-03-2016, 22:45 | Şərh sayı: (0) | Baxılıb: 1883
Allaha, Peyğəmbərə, Əhli-beytə qarşı çıxmış şəxslərin, İslam düşmənlərinin ruhunu söymək olarmı?
Sual: Allaha, Peyğəmbərə, Əhli-beytə qarşı çıxmış şəxslərin, İslam düşmənlərinin ruhunu söymək olarmı?
Cavab: İslam əxlaqına görə, söyüş heç zaman bəyənilən əməl sayılmır. Söyüş yalan və qeybət kimi dilin bəlalarındandır. Heç kimi, hətta din düşmənlərini də söymək icazəli deyil. Söyüş söyən adamın dili buna öyrəşir və get-gedə söyüş onun xasiyyətinə çevrilir, bu adamın camaat içində hörməti də itir. Həmçinin, söyüş kin-küdurətə yol açır və qarşı tərəfin də müqəddəsatı söyməsinə şərait yaradır. Mənfi şəxsləri ədalətə riayət edərək tənqid etmək olar, amma söymək icazəli deyil. Müqəddəslərimiz, məsumlarımız heç zaman söyüş söyməmiş, hətta onları söyən adamla yumşaq davranmış, günahının bağışlanması üçün dua etmişlər. Bəzi hallarda həmin adam peşman olub tövbə etmiş və öz mənfi yolundan dönmüşdür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər