Günəşin batması ilə məğrib namazının vaxtı eynidirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 25-04-2016, 20:32 | Şərh sayı: (0) | Baxılıb: 518
Günəşin batması ilə məğrib namazının vaxtı eynidirmi?
Sual: Günəşin batması ilə məğrib namazının vaxtı eynidirmi?
Cavab: Bu barədə İslam məzhəblərinin görüşü fərqlidir. Əhli-sünnə məzhəbində üstün sayılan fikir budur ki, Günəş qürub etdikdən sonra, yəni üfüqün arxasında itdikdən sonra məğrib namazının vaxtı başlayır. Şiə məzhəbində isə ehtiyata görə Günəş batdıqdan sonra günçıxan (şərq) tərəfdə yaranan qırmızılıq insanın başı üzərindən adlayıb günbatan (qərb) tərəfə keçdikdən sonra məğrib namazı qılına bilər. Ona görə də, şiə məzhəbində məğrib namazı Günəş batdıqdan 15-20 dəqiqə sonra qılınır. Orucluq zamanı iftar vaxtı da məğriblə ölçüldüyündən, şiə müsəlmanların iftar vaxtı əhli-sünnəyə nisbətən bir qədər gec olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər