Kişi arvadına talaq verəndən bir həftə ötdükdən sonra onlar barışa bilərlərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-01-2016, 23:43 | Şərh sayı: (0) | Baxılıb: 390
Kişi arvadına talaq verəndən bir həftə ötdükdən sonra onlar barışa bilərlərmi?
Sual: Kişi arvadına talaq verəndən bir həftə ötdükdən sonra onlar barışa bilərlərmi? Bu zaman kəbini təzədən oxutmaq lazımdırmı?
Cavab: Əgər kişi qadına bir və ya iki dəfə talaq vermişsə, onların hələ barışmaq şansı vardır. Talaqdan sonra qadının üç dəfə heyzdən pak olma müddəti qədər, yəni təxminən 3 aya yaxın vaxt keçməlidir. Bu müddətə “iddə” deyirlər. İddə müddəti bitənə kimi ərlə arvadın barışması mümkündür. Əgər barışsalar, aralarındakı kəbin qüvvədədir, yenidən kəbin kəsdirmək lazım deyil. İddə müddəti bitdikdən sonra ərlə arvad istənilən vaxt barışmaq istəsələr, aralarında yenidən kəbin kəsilməlidir. Bu qayda bir və iki dəfə talaq verildikdə qüvvədə sayılır. Üçüncü talaqdan sonra bu qanun öz qüvvəsini itirir və şəriət həmin vəziyyət üçün başqa qanun müəyyən edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər