Kəbin kəsildikdə, amma toydan qabaq talaq oxunduğu halda oğlan mehriyyəni verməlidirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-06-2016, 21:22 | Şərh sayı: (0) | Baxılıb: 721
Kəbin kəsildikdə, amma toydan qabaq talaq oxunduğu halda oğlan mehriyyəni verməlidirmi?
Sual: Nişanlı qızla oğlan arasında kəbin kəsilib. Amma narazılıq üzündən toydan qabaq nişan qaytarılıb və talaq oxunub. Bu halda oğlan qızın kəbində yazılmış mehriyyəsini verməlidirmi?
Cavab: Talağın müxtəlif növləri vardır. Əgər talaq oğlanın təşəbbüsü ilə verilibsə, o halda, ortada cinsi yaxınlıq olmayıbsa, oğlan mehriyyənin yarısını verməlidir.
Əgər qızın (və ya qız evinin) təşəbbüsü ilə talaq tələb edilirsə, o halda mövcud variantlardan biri də budur ki, qız öz mehriyyəsini oğlana bağışlayır, bu yolla onu talaq verməyə razı salır. Buna şəriətdə “xül talağı” deyirlər. Hətta qadın mehriyyədən daha artıq məbləği öz malından (və ya atası öz malından) oğlana ödəməklə onu talağa vadar edə bilər. Buna da “mübarat talağı” deyilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər