Ricət nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 21-01-2017, 13:53 | Şərh sayı: (0) | Baxılıb: 424
Ricət nə deməkdir?
Sual: Ricət nə deməkdir?
Cavab: Ricət ərəb dilində “qayıdış” deməkdir. Əsasən, cəfəri məzhəbinə aid olan bir çox hədislərə görə, dünyanın sonuna yaxın, qiyamətin qopmasından bir qədər əvvəl Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıdacaqlar. Müqəddəslər vaxtilə öz düşmənlərindən çəkdikləri zülm və əziyyətlərin intiqamını onlardan alacaqlar. Məsələn, İmam Hüseyn (ə) öz qatillərini cəzalandıracaq. Ricət qiyamətdən əvvəl ilahi ədalətin kiçik miqyasda təntənəsi kimi qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar. Cəfəri məzhəbinə aid kitablarda bəzi Quran ayələri də ricətin mümkünlüyünə və doğruluğuna sübut kimi gətirilir (məsələn, Nəml, 83; Bəqərə, 55-56, 243 və 259).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər