Ərəfə günü nə deməkdir və hansı gündür? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-09-2016, 14:24 | Şərh sayı: (0) | Baxılıb: 381
Ərəfə günü nə deməkdir və hansı gündür?
Sual: Ərəfə günü nə deməkdir və hansı gündür?
Cavab: Ərəfə günü zilhiccə ayının 9-cu gününə deyilir. Hacilar həmin gün Məkkə kənarındakı Ərəfat çölündə olduqları üçün ona bu ad verilib. Ərəfat - Məkkə şəhərindən 20 km. cənub-şərqdə, Məkkə-Taif yolunun kənarında yarımdairəvi təpələrlə əhatələnmiş ərazinin adıdır. Rəvayətə görə, Həzrət Adəm Peyğəmbərlə (ə) Həvva cənnətdən qovulduqdan sonra bir-birini axtararaq xeyli gəzib-dolaşmış və nəhayət, Ərəfatda görüşmüşdülər. Başqa bir rəvayətə görə, mələk Cəbrail Həzrət İbrahim Peyğəmbərə (ə) həcc əməllərini burada başa salmış və İbrahim Peyğəmbər (ə) “bildim, anladım” deyə cavab vermişdi. Hər iki varianta uyğun olaraq, “Ərəfat” sözü də “bilmək, tanımaq” kökündən qaynaqlanır.
Ərəfə günü İslamda mübarək günlərdən sayılır. Həmin günün gecəsini namaz və dua ilə keçirmək, gündüz isə oruc tutmaq savabdır. İslam müqəddəsləri ərəfə günü oruc tutan şəxsin iki illik günahlarının bağışlanacağını buyurmuşlar. Ərəfə günü İmam Hüseynin (ə) dilindən rəvayət edilən “Ərəfə duası”nı oxumağın da böyük savabı var. Həmin duanı vaxtilə İmam Hüseyn (ə) həcc ziyarəti zamanı, ərəfə günündə Ərəfat çölündə oxumuşdu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər