“Ya-Sin çərəkə” nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 1-01-2016, 19:41 | Şərh sayı: (0) | Baxılıb: 436
“Ya-Sin çərəkə” nə deməkdir?
Qurani-kərimin bəzi çox oxunan surələrini, eləcə də, məişətdə tez-tez oxunan duaları kiçik kitabça halında köçürmək ənənəsi çoxdan məlumdur. Çünki Qurani-kərimi və iri dua kitablarını gəzdirmək çətinlik törədir. Ona görə də Ya-Sin, Rəhman, Cümə və qısa surələri, Quran tapşırma, süfrə, qurbanlıq, Ramazan dualarını, hüzr və dəfn mərasimlərində oxunan duaları kiçik kitabça şəklində birləşdirirlər. Əvvəllər bunları əl xətti ilə köçürürdülər, son zamanlar isə mətbəədə çap olunur. Bu kitabçalara “çərəkə” və ya “Ya-Sin çərəkə” deyirlər. Bu sözün fars dilində “çahar, çar” (dörd) sözündən, ya da “hissə, parça” mənasını verən “çərək” sözündən qaynaqlandığını deyirlər. Keçmişdə uşaqlar mollaxanada əvvəlcə ərəb əlifbası dərsliyi əvəzinə çərəkəni oxuyub bitirir, sonra Quranı üzündən oxumağa başlayırdılar. Müasir dövrdə çərəkə əsasən ruhanilər tərəfindən istifadə edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər