“Müstədrək” nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-12-2015, 00:55 | Şərh sayı: (0) | Baxılıb: 359
“Müstədrək” nə deməkdir?
Dini ədəbiyyatda "müstədrək" - hər hansı məşhur kitaba düşməyən məlumatların başqa bir müəllif tərəfindən toplanmış variantına deyilir. İlkin mənbəyin müəllifinin və ya tərtibçisinin diqqətindən kənarda qalan, yaxud onun qəsdən kənarda qoyduğu məlumatları digər alim həmin mənbəyə daxil etməyi məsləhət görür və bunları müstədrək halında toplayır. İslam tarixində müxtəlif kitablara müstədrəklər yazılmışdır. Bunlardana ikisi daha məşhurdur. Onlardan da biri əhli-sünnə, o biri şiə məzhəbinə məxsusdur. Əhli-sünnə alimlərindən Hakim Nişapuri "Səhihi-Buxari" və "Səhihi-Müslim"dən kənarda qalan, amma bu iki müəllifin hədisçilik meyarları baxımından həmin kitablara daxil edilməli olan hədisləri "əl-Müstədrək əla-l-Səhiheyn" adı ilə tərtib etmişdir. Şiə aləmində məşhur olan müstədrək kitabını isə "Vəsai əl-şiə" adlı irihəcmli hədis külliyyatına yazmışlar. "Müstədrək Vəsail əl-şiə" adlı həmin kitabın müəllifi XIX əsrdə yaşamış hədisçi alim Şeyx Hüseyn Nuridir. Digər məşhur dini mənbələrə də (məsələn, "Nəhcül-bəlağə", "Səhifeyi-Səccadiyyə" və s.) müstədrəklər yazılmışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər