“Fərz ibadətlər” nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-06-2016, 21:20 | Şərh sayı: (0) | Baxılıb: 578
“Fərz ibadətlər” nə deməkdir?
Sual: “Fərz ibadətlər” nə deməkdir?
Cavab: Fərz – İslam şəriətində (fiqhdə) icra edilməsi qəti surətdə zəruri olan əməllərə deyilir. Əsasən, hər kəsin yerinə yetirməsi vacib olan ibadətlər mənasında işlədilir. Fərz əməllər elə əməllərdir ki, onları yerinə yetirən savab qazanır, yerinə yetirməyən isə günah etmiş olur və ilahi cəzaya layiq olur. İslam məzhəblərində fərz anlayışı bir qədər fərqlənir. Cəfəri (şiə) və hənbəli, maliki, şafii məzhəblərinə görə fərz elə vacib deməkdir, bu iki termin bir-birinin əvəzi kimi işlədilir. Hənəfi məzhəbində isə fərz ilə vacib fərqlidir. Bu məzhəbə görə vacib – yerinə yetirilməsi fərzdən az, sünnədən çox tələb edilən əməldir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər