Dini kitablarda rast gəlinən “tövbeyi-nəsuh” nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-01-2016, 19:37 | Şərh sayı: (0) | Baxılıb: 407
Dini kitablarda rast gəlinən “tövbeyi-nəsuh” nə deməkdir?
Sual: Dini kitablarda rast gəlinən “tövbeyi-nəsuh” nə deməkdir?
Cavab: Ən səmimi, ən xalis tövbəyə “tövbeyi-nəsuh” deyilir. Qurani-kərimdə buyurulur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (nəsuh) tövbə edin!” (Təhrim, 8). Tövbeyi-nəsuhun xüsusiyyətləri barədə çoxlu izahlar mövcuddur. Hətta məşhur Quran təfsirçisi Qürtübi yazır ki, tövbeyi-nəsuha 23 cür tərif verilib. Bəzilərinin fikrincə, tövbeyi-nəsuhun 4 şərti var: etdiyin günah üçün ürəkdən peşman olmaq, dillə tövbə-istiğfar etmək, həmin günahdan çəkinmək və bir daha o günaha bulaşmamağı qəsd etmək. Bəzıləri deyib ki, tövbeyi-nəsuhun 3 xüsusiyyəti olmalıdır: Allah tərəfindən qəbul olunmama¬sı üçün qorxmaq, qəbul olunacağına ümid etmək və Allaha itaəti davam etdirmək. Həzrət Mühəmməd Peyğəmbərdən (s) tövbeyi-nəsuh haqqında soruşanda belə cavab vermişdi: “Süd bir daha döşə qayıtmadığı kimi, bu tövbəni etmiş insan da bir daha günaha qayıtmaz”. İmam Sadiq (ə) isə buyurub: “Tövbeyi-nəsuh elə bir tövbədir ki, onu edənin batini (içərisi) ilə zahiri (çölü) eyni cürdür, hətta batini zahirindən daha üstündür”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər