Qurandan bir cüz oxumaq nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 29-12-2015, 22:03 | Şərh sayı: (0) | Baxılıb: 534
Qurandan bir cüz oxumaq nə deməkdir?
Ərəb dilində “cüz” hissə, parça deməkdir. Qurani-kərimi rahat oxumaq və əzbərləmək məqsədilə 30 bərabər hissəyə bölmüşlər. Bunlara cüz deyilir. Hazırki Quran nüsxələrində hər cüz təqribən 20 səhifə həcmindədir. Hər cüz iki hissəyə bölünür, bu hissələrə də “hizb” deyirlər. Quran oxunuşu ənənələrindən biri də onu cüz-cüz oxumaqdır. Bəzən məscidlərdə Quran vərəqlərini 20 səhifə şəklində cüzlərə bölür, cildləyir və oxuyanların ixtiyarına verirlər. Yas məclislərində də Quranı cüz-cüz oxumaq ənənəsinə rast gəlinir. Müştərək halda Quran oxumaq istəyən adamların hərəsi cüzlərdən birini götürüb oxuyur. Beləliklə, qısa müddət ərzində bütöv Quran oxunub qurtarmış (xətm edilmiş) olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər