Dəhvül-ərz günü nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 7-04-2016, 20:17 | Şərh sayı: (0) | Baxılıb: 407
Dəhvül-ərz günü nə deməkdir?
Sual: Dəhvül-ərz günü nə deməkdir?
Cavab: Ərəb dilindən tərcümədə “yerin dartılması” deməkdir. Müsəlman təqvimi ilə (hicri-qəməri təqvimlə) zilqədə ayının 25-ci gününə deyilir. Rəvayətə görə, Allah-təala dünyada ilk məkan kimi yalnız müqəddəs Kəbə evini yaratmış, sonra Kəbənin altındakı torpağı “dartıb” uzadaraq, bütün yeri xəlq etmişdir. Bu hadisənin nə cür baş verməsi, həqiqi yoxsa məcazi məna daşıması barədə müxtəlif fikirlər vardır. Müsəlman təqvimində “dəhvül-ərz” günü mübarək günlərdən sayılır. Müqədəslərin kəlamlarından məlum olur ki, Həzrət İbrahim və İsa peyğəmbərlərin (ə) doğumu da həmin günə təsadüf edibmiş. Bu günün orucunun savabı 60 günün müstəhəb orucunun savabına bərabərdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər