Bəzi dua kitablarında adı keçən Yunisiyyə zikri nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-12-2016, 13:54 | Şərh sayı: (0) | Baxılıb: 486
Bəzi dua kitablarında adı keçən Yunisiyyə zikri nə deməkdir?
Sual: Bəzi dua kitablarında adı keçən Yunisiyyə zikri nə deməkdir?
Cavab: Quranda buyurulur ki, Həzrət Yunis Peyğəmbər (ə) iri balıq tərəfindən udulduqdan sonra Allaha yalvarıb, xilas olmaq üçün dua etmişdi: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam”, - deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (Ənbiya 87-88). Həzrət Yunisin (ə) etdiyi bu dua kitablarda Yunisiyyə duasə kimi xatırlanır. Duanın tələfffüzü bu şəkildədir: “La ilahə illa əntə sübhanək. İnni küntü minəz-zalimin”. Hədislərdə buyurulub ki, çətinliyə düşən adam bu duanı tez-tez oxusa, inşallah, çətinlik aradan qalxar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər