“Lümə”kitabı nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-01-2016, 07:17 | Şərh sayı: (0) | Baxılıb: 321
“Lümə”kitabı nə deməkdir?
Sual: “Lümə”kitabı nə deməkdir?
Cavab: “Lümə” dini təhsil prosesində mütləq oxunan kitabın qısaldılmış adıdır. Kitabın bütöv adı “əl-Lümət əl-Diməşqiyyə”dir. Fiqh mövzusunda qələmə alınmış bu əsərin müəllifi XIV əsrdə yaşamış məşhur cəfəri alimi, “birinci şəhid” (şəhidi-əvvəl) ləqəbi ilə tanınan Şəmsəddin Məhəmməd ibn Məkki Amilidir. Həcminin kiçik olmasıma baxmayaraq, kitab fıqhin bütün bölümlərini əhatə edir. Müəllif bu əsəri Diməşq zindanında həbsdə yatdığı zaman qələmə almışdır. Şəhidi-əvvəl məzhəbi mənsubiyyətinə görə təəssübkeş Misir və Şam hakimlərinin əmri ilə edam edilmişdir. “Lümə” kitabına XVI əsrdə yaşamış digər cəfəri alimi Zeynəddin Amili şərh yazmışdır. Bu alim də təəssübkeş qüvvələr tərəfindən şəhid edildiyi üçün “ikinci şəhid” (şəhidi-sani) kimi tanınır. Mədrəsələrdə uzun əsrlərdir ki, “Lümə” kitabını şərhi ilə birlikdə ilkin fiqh dərsliyi kimi tədris edirlər. “Lüməni çıxmaq”, yəni bu kitabı oxuyub başa vurmaq fiqh elmi ilə ilkin tanışlıq əldə etmək mənasını verir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər