Fitrə zəkatı |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-06-2016, 20:38 | Şərh sayı: (1) | Baxılıb: 1763
Fitrə zəkatı
Sual: Fitrə ödəməyin fəlsəfə və faydaları nədir?
Cavab: «Fitrə zəkatı» şiə və sünnilərin yekdil nəzərinə əsasən vacibdir. Dini mətnlərdə fitrə zəkatının bir çox fəlsəfə və faydaları sadalanmışdır:
1. İslam Peyğəmbəri (s) həzrət Məhəmmədə (s) salavat göndərmək namazı tamamladığı kimi fitrə zəkatı da orucu tamamlayır.
2. Mübarək ramazan ayının orucunun qəbul olmasına səbəb olur.
3. Həmin il insanı ölümdən qoruyur.
4. Bədən sağlamlığını və insanın ruhunu çirkinlikdən qoruyur.
5. Malın zəkatını kamilləşdirir.
Sual: Fitrə zəkatında «fitrə» kəlməsi hansı mə`nada işlənir?
Cavab: Lüğətdə «fitrə» sözünün bir neçə mə`nası vardır. Onların ən mühümü «İslam» və «xilqət» mə`nalarıdır. Terminoloji mə`na bundan ibarətdir:
Fitrə dedikdə hər bir müsəlmanın öz himayəsində olan şəxs üçün ödədiyi müəyyən zəkat başa düşülür. Fitrə zəkatının verilmə vaxtı ramazan ayının sonuncu günün məğrib vaxtından fitr bayramının günorta çağına qədərdir. Bu növ maddi ödəniş insanın ruhunun və cisminin sağlamlığına səbəb olduğundan ona bədən zəkatı və ya fitrə deyilir. Bu mə`nanın İslam mə`nası ilə uyğunluq səbəbi fitrə zəkatının İslamda şərt qoyulması ola bilər. Elə buna görə də fitr bayramı axşamı qürub vaxtından qabaq İslam dinini qəbul edən şəxs də fitrə zəkatı ödəməlidir.
Sual: Yataqxanada qalan təbələbənin fitrə zəkatı verməsi vacibdirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Onun yaşayış xərcini ata-anası ödəyirsə, onların çörəyini yeyən sayılırsa, fitrə də onların öhdəsindədir. Amma tələbə özü müstəqil olarsa, fitrə də öz öhdəsindədir.
Sual: Yataqxanada yaşayan, universitetin yeməklərindən pulsuz istifadə edən tələbələrin fitrəsini kim ödəməlidir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Safi, Məkarim və Nuridən başqa): Özü ödəməlidir. Əgər imkanı olmazsa, öhdəsindən götürülür.
Nuri: Qeyd olunmuş fərziyyədə fitrə zəkatını ödəmək kimsəyə vacib deyil
Məkarim: İmkanı olarsa, vacib ehtiyata əsasən özü ödəməlidir.
Safi: İmkanı olan hər kəs ehtiyata əsasən, özü ödəməlidir.
Qeyd: «Tələbələr fitrə zəkatı ödəməməlidir» deyənlərin nəzəri budur ki, imkanı olan kəs müstəhəb ehtiyata əsasən, özü ödəsin.
Sual: Əqdi oxunmuş qızın fitrəsini kim ödəməlidir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Atasının çörəyini yeyən sayılsa, atası ödəməlidir.
Sual: Ərinin sözünə baxmayan qadının fitrə zəkatını ödəmək ərinin boynundan götürülürmü?
Cavab: Bütün müctəhidlərin rəyi: Xeyr, qadın başqa şəxsin çörəyini yeyən sayılmırsa, gərək ər onun fitrə zəkatını ödəsin.
Sual: Ana bətnində olan və hələ doğulmamış uşağın fitrə zəkatını ödəmək lazımdırmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ana bətnində olan körpənin fitrə zəkatını ödəmək vacib deyil. Amma fitr bayramı gecəsi qürubdan qabaq dünyaya gələrsə vacibdir.
Sual: Fitrə zəkatı ödəməyən şəxsin arvad və uşaqlarının hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Sistani və Məkarimdən başqa): Onlara vəzifə yoxdur və fitrə ödəmələri lazım deyil.
Sistani və Məkarim: Vacib ehtiyat budur ki, imkanları olarsa, özləri ödəsinlər.
Sual: Əgər qadın əri ehtiyaclı olduğundan yaşayış xərcinin tə`min edilməsinə kömək edərsə, fitrə zəkatını kim ödəməlidir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qadın ərin çörək yeyəni hesab edilərsə, kişi imkanı olanda özünün və arvadının fitrə zəkatını verməlidir. Əgər qadın əri və ya başqa bir şəxsin çörək yeyəni sayılmazsa, öz fitrə zəkatını özü verməlidir.
Sual: Şam azanından sonra gəlmiş qonağın fitrəsini kim ödəməlidir?
Cavab: (Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Onun fitrəsi ev sahibinin öhdəsinə deyil.
Sistani: Əgər onun çörək yeyəni sayılarsa, vacib ehtiyata əsasən, onun fitrəsini ev sahibi ödəməlidir.
Sual: Qonaq öz fitrəsini verdikdə ev sahibinin boynundan vəzifə götürülürmü?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ev sahibinin icazəsi ilə onun adından qonaq öz fitrəsini verərsə, ev sahibinin üzərindən vəzifə götürülür.
Sual: Bir şəxsin fitr bayramı axşamı qonağı olarsa və sübh vaxtı bayram olduğunu bilsə, qonaqların fitrəsi ev sahibinə vacib olarmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ayın görünməsindən xəbərsizlik fitrə ödənişi hökmünə tə`sir göstərmir.
Sual: Qonağın iftar edib-etməməsinin fitrə zəkatının ev sahibinə vacib olmasına tə`siri varmı?
Cavab: Bütün müctəhidlərin rə`yi (Behcət və Safidən başqa): Xeyr, me`yar qonağın ev sahibinin çörək yeyəni sayılmasıdır və orucu açmağın fitrənin vacib olmasına heç bir tə`siri yoxdur.
Safi: Qonaq ev sahibinin çörək yeyəni sayılarsa və ya iftar edərsə, (çörək yeyən sayılmasa da) onun fitrə zəkatı ev sahibinə vacibdir.
Behcət: Əgər qonaq ev sahibinin çörək yeyəni sayılarsa, iftar etmək məqsədi ilə gələrsə, (hansısa səbəbdən yemək yeyə bilməsə də) onun fitrə zəkatını ödəmək ev sahibinə vacibdir.
Sual: Fitr bayramı axşamı gün batmamışdan qabaq bir-iki saatlıq gələn və iftar yedikdən sonra gedən qonaqların fitrəsi kimin öhdəsindədir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Safi və Nuridən başqa): Qeyd olmuş fərziyyədə qonaqların fitrəsi ev sahibinin öhdəsinə deyil.
Safi və Nuri: Qeyd olunmuş fərziyyədə qonaqların fitrəsi ev sahibinin öhdəsindədir.
Sual: İmkanı olmayan şəxsin fitrə zəkatı ödəməsi vacibdirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Yoxsul olarsa, fitrə ödəməsi vacib deyil. Əgər 3 kq buğda və ya onun qiymətində bir şeyi varsa, onu fitrə zəkatı adı ilə verməsi müstəhəbdir. Əgər himayəsində bir neçə nəfər varsa, onu fitrə niyyəti ilə ailə üzvləri arasında bir-birinə ötürsünlər. Sonuncu ailə üzvü isə aldığı fitrə zəkatını ailə üzvü olmayan başqa bir şəxsə versə yaxşı olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər