Yalan danışmaq |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-06-2016, 19:42 | Şərh sayı: (0) | Baxılıb: 902
Yalan danışmaq
Sual: Hansı növ yalan orucu batil edir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Behcət, Sistani və Məkarimdən başqa): Allah, İslam Peyğəmbəri (s), imamlar, vacib ehtiyata əsasən, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Məkarim: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və Həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Behcət: Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Sistani: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s) və imamlara aid edərsə, orucu batil edir.
Sual: Əgər bir şəxs yalan yazmaqla onu İslam Peyğəmbəri (s) və imamlara aid edərsə, orucu batildirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, yazı da olmasına baxmayaraq, belə yalan orucu batil edir.
Sual: Ramazan ayında Qur`an ayəsi və ya hədis səhv oxunarsa, orucun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Orucu batil olmur, amma çalışıb, Qur`anı və hədisi düz oxumalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər