Orucun kəffarəsi |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-06-2016, 18:58 | Şərh sayı: (0) | Baxılıb: 695
Orucun kəffarəsi
Sual: Üzürsüz yerə orucu açmağın kəffarəsi xəstə şəxsin kəffarəsindən fərqlidirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, bu kəffarələr iki baxımdan fərqlənir:
1. Miqdara görə; 2. Məsrəfə görə. Qəsdən orucu açmağın kəffarəsi ya hər gün üçün 60 yoxsulu doyuzdurmaq (ya hər birinə bir müdd təam vermək), ya iki ay oruc tutmaqdır. Amma xəstə şəxsin kəffarəsində xəstəlik növbəti ramazana qədər davam edəndə hər gün üçün yoxsula bir müdd təam verilir. Qəsdən orucu yeməyin kəffarəsində əgər 60 nəfər yoxsulu doyuzdura bilərsə, onların hər birinə bir müdd təamdan çox verə bilməz. Amma xəstə şəxsin kəffarəsində belə deyil.
Sual: Bir şəxs orucun kəffarəsini bir neçə il tə`xirə salarsa, kəffarənin miqdarı artarmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, kəffarəni tə`xirə saldığına görə kəffarənin miqdarı artmır.
Sual: Boynunda oruc kəffarəsi olan şəxs kəffarəni tə`xirə sala bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, kəffarəni tə`cili ödəmək zəruri deyil. Amma onu tə`xirə salmaqda səhlənkarlıq və tənbəllik etmək olmaz.
Sual: Orucun kəffarəsini «vacibun-nəfəqə» (övlada) ödəmək olarmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Orucun kəffarəsini vacibun-nəfəqəyə vermək olmaz. Amma kəffarəni qohumlara ödəməyin eybi yoxdur.
Sual: Kəffarə pulunu yoxsula vermək olarmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: İstər xəstə şəxsin, istərsə də qəsdən orucunu açanın kəffarə pulunu yoxsula vermək kifayət deyil. Əlbəttə, kəffarə verən şəxs yoxsulun onun tərəfindən yeməklə tə`min olunmasına və pulu kəffarə adı ilə qəbul etməsinə yəqin etsə, kəffarə pulunu ona vermək olar.
Sual: Kəffarə pulunu xeyriyyə fonduna və yardım komitəsi kimi təşkilatlara ödəmək kifayət edərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər əminlik olsa ki, uyğun təşkilatlar kəffarə pulunu şər`i qaydalara riayət edərək yoxsullar üçün yemək-içməyə xərcləyirlər, kifayət edər.
Sual: Seyyid olmayan şəxs orucun kəffarəsini seyyidə verə bilərmi?
Cavab: (Safidən başqa) Bütün müctəhidlərin rə`yi: Bəli, eybi yoxdur. Amma yaxşı olar ki, (müstəhəb ehtiyat) seyyidə verməsin.
Safi: Vacib ehtiyata əsasən, seyyid olmayan şəxs orucun kəffarəsini seyyidə verə bilməz.
Sual: Orucun kəffarəsini bayram, toy kimi mədəni işlərə xərcləmək olarmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, onu bu işlərə xərcləməyə icazə verilmir və gərək yoxsulların yemək-içməyinə xərclənsin.
Sual: Qəsdən orucunu yeyən şəxs orucunun kəffarəsini ödəyə bilməzsə (xəstəlik səbəbindən oruc tuta bilməzsə və ya maddi baxımdan qüvvəsi olmazsa) hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Təbrizi, Xamenei, Safi və Vəhiddən başqa):Qüvvəsi qədərində yoxsula bir müdd təam versin. Əgər bu miqdarı da ödəməyə qüvvəsi çatmazsa, gərək ən azı bir dəfə «Əstəğfirullah» deməklə Allahdan bağışlanma diləsin.
Safi: Qüvvəsi qədər yoxsula bir müdd təam versin və istiğfar etsin. Əgər bu miqdarı da verməyə acizdirsə ən azı bir dəfə «Əstəğfirullah» deməklə bağışlanma diləsin.
Təbrizi və Vəhid: Vacib ehtiyata əsasən, gərək qüvvəsi qədərində yoxsula bir müdd təam versin və istiğfar etsin. Əgər bu miqdarı da verməyə qüvvəsi olmazsa, gərək ən azı bir dəfə «əstəğfirullah» deyib, bağışlanma diləsin.
Sual: Qəsdən orucunu açan və kəffarə ödəyə bilməyən şəxs gələcəkdə imkanı olarsa, kəffarəni ödəməlidirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi (Xamenei və Məkarimdən başqa): Vacib ehtiyata əsasən, imkanı olan vaxt gərək kəffarə versin.
Xamenei və Məkarim: Kəffarə ödəmək vəzifəsi üzərindən götürülüb və kəffarə ödəməsi lazım deyil.
Sual: Qadın oruc kəffarəsini özü ödəməlidir, yoxsa onun əri?
Cavab: Bütün müctəhidlərin rə`yi: Qadın oruc kəffarəsini özü ödəməlidir.
Sual: Gəliri olmayan və atasının himayəsində yaşayan övlad qəsdən orucu açsa, kəffarəni kim ödəməlidir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Xamenei və Məkarimdən başqa): Vacib ehtiyata əsasən, imkanı olduğu vaxt gərək kəffarəsini ödəsin və bu iş atanın öhdəsinə deyil.
Xamenei və Məkarim: Kəffarəni ödəmək vəzifəsi onun üzərindən götürülüb və kəffarə ödəməsi lazım deyil. Bu iş atanın da öhdəsində deyil.
Sual: Qəsdən oruc tutmayan şəxsin hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Tutmadığı orucları qəza etsin və ondan əlavə hər gün üçün də kəffarə versin. Yə`ni ya iki ay oruc tutsun, ya 60 yoxsulu doyuzdursun, ya da hər birinə bir müdd (təqribən 10 ac) təam (buğda, arpa və s.) versin.
Sual: Qəsdən və aşkar şəkildə orucunu yeyən şəxs üçün cəza varmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Qəza və kəffarədən əlavə, cəza da vardır. Onun miqdarı birinci və ikinci dəfə üçün 25 qamçıdır. Bir dəstə müctəhidin nəzərincə, onun üçün say, miqdar tə`yin edilməyib və hakimin nəzərindən asılıdır. Əgər birinci və ikinci cəzadan sonra təkrar üçüncü dəfə qəsdən yeyərsə, hökmü qətldir.
Sual: Təklif həddinə çatdığım ilk günlər oruc tutmamışam. Qəzadan əlavə kəffarə də ödəməliyəmmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Tutmadığı orucları qəza etsin və ondan əlavə hər bir gün üçün də kəffarə versin: Yə`ni, ya iki ay oruc tutmalıdır, ya 60 yoxsulu doyuzdurmalıdır, ya da hər birinə bir müdd (təqribən 10 ac) təam (buğda, arpa və s.) verməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər