Doğrudurmu ki, hər kəs həyatı boyunca yeddi ölüyə qüsl verməli, 7 qəbir qazmalıdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-02-2016, 22:16 | Şərh sayı: (0) | Baxılıb: 559
Doğrudurmu ki, hər kəs həyatı boyunca yeddi ölüyə qüsl verməli, 7 qəbir qazmalıdır?
Sual: Deyirlər ki, hər kəs həyatı boyunca yeddi ölüyə qüsl verməli, 7 qəbir qazmalıdır. Bu söz doğrudurmu?
Cavab: Dininmizdə belə bir vacib əmr yoxdur. Bu, xalq dilində işlənən sözdür. Ümumiyyətlə, İslam dini insanlara başqalarının sevinc və kədərinə şərik olmağı tövsiyə edir. Yəni müsəlmanın son mənzilə yola salınmasında iştirak etmək, şərtlər imkan verdiyi halda cənazə qüslünə yardım göstərmək, cənazəsinin daşınmasına kömək etmək, qəbrinin qazılmasına əl yetirmək yaxşı əməl sayılır. Müsəlmanın dəfn mərasiminə qatılmaq xüsusi təkid olunur. Çünki ölümü yada salmaq və dəfn mərasimlərinə qatılmaq insanın məsuliyyətini artırır, günahlardan uzaq durmasına səbəb olur. Lakin bir daha xatırladırıq ki, hansısa sayda cənazəyə qüsl vermək və hansısa sayda qəbrin qazılmasında iştirak etmək vacib əmr deyil, bunu etməyən heç bir günah qazanmır.
P.S. Bir məsələni də qeyd edək ki, ola bilər sualda qeyd olunan təsəvvür, müsəlman şəxsin dəfninin təşkilinin "vacibi-kifayi" əməl olması haqda hökmün təhrif olunmasından yaranıb. Belə ki, əgər dünyasını dəyişmiş bir müsəlmanın yiyəsi yoxdursa, yəni ona qüsl verdirib, meyyit namazı qılmağı təşkil edəcək heç kim yoxdursa, onda hər bir müsəlmana vacib olur ki, ona qüsl verdirsin, meyyit namazı qıldırsın və ya dəfn ilə bağlı digər vacib işləri gördürsün. Amma bir nəfər bu işi görmüş olsa (qohum, tanış və s.), onda digərləri artıq heç bir məsuliyyət daşımırlar. Belə əmələ "vacibi-kifayi" deyilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər