RSS
 

Login:
Şifrə:
» » Zəhra (s.ə)-nın matəmində

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Zəhra (s.ə)-nın matəmində

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 10-05-2015, 17:41 | Şərh sayı: (0) | Baxılıb: 605

Zəhra (s.ə)-nın matəmində


Zəhra (s.ə)-nın matəmində


Rəvayət olunmuşdur ki, bu xəbərdən sonra Mədinə əhli şivən qopardı. Bəni-Haşim qadınları Fatimə (s.ə)-nin evinə axışaraq elə nalə, şivən qopardılar ki, sanki Mədinə lərzəyə gəldi. Onlar deyirdilər: «Ey seyyidə Xanım, ey Rəsülüllahın Qızı!» Camaat həyəcanlı halda Əli(ə.s)-nin hüzuruna gəldi. Həzrət(ə.s) oturmuşdu. Həsən və Hüseyn(ə.s) onun qarşısında ağlaşırdılar. Camaat da onlara baxıb ağlamağa başladı. Həzrəti-Zəhra (s.ə)-nın qızlarından biri olan Ümmü Gülsüm üzündə niqab, başında çadra olan bir halda ağlaya-ağlaya evdən çıxıb fəryad etdi: «Ey Ata! Ey Allahın Rəsulu! Doğrudan da, biz bu gün səni elə əldən vermişik ki, əbədi olaraq bir daha səni görməyə nail ola bilməyəcəyik». Camaat bir yerə yığışıb fəğan edir, cənazənin evdən çıxmağını gözldəyirdilər. Əbuzər evdən çıxıb onlara dedi: «Evlərinizə gedin, çünki cənazənin dəfnə aparılması bu gecəyə qədər təxirə salınır». Camaat bunu eşidib dağılışdı.




Cənazənin qüsl, kəfən və namazı



Axşam düşdü. Əli(ə.s) cənazəyə qüsl verdi. Bu zaman Həsən(ə.s), Hüseyn(ə.s), Zeynəb, Ümmü Gülsüm, Fizzə və Əsma binti Ümeys də onun yanında idi. Əsma deyir: «Fatimə (s.ə) mənə vəsiyyət etmişdi ki, mən və Əli(ə.s)-dən başqa heç kəs ona qüsl verməsin. Mən Fatimə (s.ə)-yə qüsl verəndə Əli(ə.s)-yə kömək etdim.»

Rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s) Fatimə (s.ə)-yə qüsl verəndə deyirdi: «Pərvərdigara! Fatimə (s.ə) Sənin kənizin və Sənin Rəsulunun qızıdır. Pərvərdigara, Onun höccətini ona özün təlqin et. Onun haqq dəlillərini böyük et, dərəcəsini ali et, Onu atası Mühəmmədlə həmneşin et!»

Həmçinin rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s) Peyğəmbər (s)-in mübarək bədənini quruladığı parça ilə Zəhra (s.ə)-nın da bədənini quruladı. Qüsl işi qurtardıqda cənazəni tabuta oxşayan taxtın üstünə qoyub Həsən(ə.s)-ə buyurdu: «Əbuzərə xəbər göndər, gəlsin.» Əbuzər gəldi, cənazəni namaz qılınacaq yerə apardılar. Həsən(ə.s) və Hüseyn(ə.s) də onlarla birlikdə getdi. Sonra həzrəti-Əli(ə.s) meyit namazını qıldı.



Həsən(ə.s) və Hüseyn(ə.s) Zəhra (s.ə)-nın ağuşunda


Vərəqə rəvayət edir:

Əli(ə.s) buyurdu: «Fatimə (s.ə) qüsl verməyə başladım. Əynindəki köynəyi çıxarmadan ona qüsl verdim. Kəfənə bürüdüm. Kəfənin bəndlərini bağlamaq istədikdə səslədim: «Ey Ümmü Gülsüm, Səkinə, Zeynəb, Fizzə, Həsən, Hüseyn! Gəlin ananızın görüşündən azuqə götürün, çünki behiştlə görüşüb ayrılmaq vaxtıdır.» Həsən(ə.s) və Hüseyn(ə.s) gəlib şivən qopardılar: «Ah! Babamız Mühəmməd(s) və anamız Fatimə (s.ə)-nin vəfatından yaranan neçə qəm-qüssə, sönməyən həsrət şöləsi! Ey Həsə (ə.s)-nin anası, ey Hüseyn(ə.s)-in anası! Babamla görüşəndə bizim salamımızı ona çatdır və ona de ki, biz səndən sonra dünyada yetim qaldıq. Allahı şahid tuturam ki, (bu vaxt) Fatimə (s.ə) yanıqlı bir nalə çəkdi, əllərini uzatdı və bir müddət balasını nəvazişlə sinəsinə sıxdı. Sonra qeybdən səs eşitdim: «Ey Əli, Həsən və Hüseyni analarının sinəsindən götür. Allaha and olsun ki, onlar səma mələklərini ağlatdılar. Dostlar öz dostunu görməyi arzulayır.»



Fatimə (s.ə)-nin kəfənə bükülməsi


Rəvayət olunub ki, Kəsir ibn Abbas Fatimə (s.ə)-nin kəfəninin üstünə belə yazdı: «Zəhra (s.ə) şəhadət verir ki, Allahdan başqa heç bir məbud yoxdur və Mühəmməd(s) Allahın Rəsuludur.»

«Misbahül-ənvar»da nəql olunan rəvayətdən məlum olur ki, həzrəti-Zəhra (s.ə)-nın büküldüyü kəfənin parçası çox qalın idi. Kitabda qeyd olunub ki, Fatimə (s.ə) ehtizar halında olanda bir qab su istədi və onunla qüsl etdi. Sonra ətir istədi, onun üçün xəşin və qalın parça gətirdilər, onları bədəninə bürüdü.

Həmçinin rəvayət olunub ki, o Xanım(s.ə)-ı yeddi parça ilə kəfənə bükdülər.



Meyit namazı və dəfn mərasimi


«Rovzətül-vaizin» kitabında yazılıb ki, gecə vaxtı camaat yuxuda ikən həzrəti-Əli(ə.s) Həsən(ə.s), Hüseyn(ə.s), Əmmar, Miqdad, Əqil, Zübeyr, Əbuzər, Səlman, büreyd və Bəni Haşimdən olan bir neçə yaxın dostları ilə birlikdə cənazəni evdən çıxarıb ona namaz qıldılar və onu gecə yarısı torpağa tapşırdılar. Həzrəti-Əli(ə.s) Zəhra (s.ə)-nın qəbrinin ətrafında əlavə yerdə qəbir də düzəltdi ki, onun qəbri tanınmaz olsun.



«Misbahül-ənvar» kitabında qeyd olunur ki, bir nəfər İmam Sadiq(ə.s)-dən soruşdu ki, Əmirəl-möminin(ə.s) Fatimə (s.ə)-nin cənazə namazını neçə təkbirlə qıldı? Həzrət buyurdu:


-Əli(ə.s) bir təkbir deyirdi. Cəbrail bir təkbir deyirdi. Sonra isə ilahi dərgahın müqərrəb mələkləri təkbir deyirdilər.

Beləliklə, həzrəti-Əli(ə.s) 5 təkbirlə namaz qıldı.

Başqa bir şəxs soruşdu:

-Ona harda namaz qıldı?

İmam Sadiq(ə.s) buyurdu:

-Öz evində namaz qıldı. Sonra cənazə (tabutda) hərəkət etdirilərək evdən çıxarıldı.



Dəfndən sonra həzrəti-Əli(ə.s) Peyğəmbər (s)-ə salam göndərir.



Şeyx Tusi(r.ə) belə yazır ki, həzrəti-Əli(ə.s) Fatimə (s.ə)-nin cənazəsini dəfn etdikdən sonra onun qəbrini yerlə bir səviyyədə bərabərləşdirdi, sonra əlinin toz-torpağını təmizlədi, qəm-qüssədən həyəcanlandı, göz yaşı axıtdı. Sonra üzünü Peyğəmbər (s)-in qəbrinə tutub dedi: «Ya Rəsulullah salam olsun Sənə mənim və hal-hazırda sənin görüşünə gələn qızın tərəfindən. Ey Allahın Rəsulu, sənin sevimli qızınıın ayrılığından yaranan hicrandan səbrim azalmış, taqətim üzülmüşdür. Amma sənin rəhmətin kimi kədərli bir hadisədən sonra mənə çatan hər bir müsibət kiçikdir. Heç vaxt unutmaram onları ki, sənin mübarək cəsədini qəbrə qoydum. Sən rəhmət edəndə mübarək başın sinəmdə idi. Ruhun pərvaz etdi. Ey Peyğəmbər! Mənə tapşırdığın əmanəti sənə qaytardım. Ancaq mənim qəm-qüssəm, kədərim həmişəlikdir. Gecələri oyaq qalaraq başa vururam, ta ki öz qızın səni ümmətin əlbir olub ona qarşı etdiyi zülmdən agah edəcək. Vəziyyəti ondan (olduğu kimi) soruş. İş belədir: Sənin vəfatından çox keçməmiş, adın xatirələrdən getmişdir. Mənim-vidalaşan bir kəsin salamı siz ikinizə olsun. Bu salam narazı və ya qəlbi yorğun kəsdən deyil. Əgər sənin hüzurundan geri qayıdıramsa, onda bu, yorğunluq üzündən deyil və əgər qəbrinin kənarında qalsam, onda bu heç də Allahın səbirli olanlara verdiyi vədə barəsində bədgümanlıqdan deyil.


Bəli, səbir etmək daha fəzilətli və daha gözəldir. Əgər bizə (zahirdə) qələbə çalanlardan ehtiyat etməsəydim, onda sənin qəbrinin kənarında qalar, etikaf bağlayar, bu müsibətdə balası ölmüş analar kimi ahu-fəğan, nalə edərdim. Allah şahiddir ki, mən düşmənlərin qorxusundan sənin qızını gizli torpağa tapşırdım. Elə bir qız ki, haqqını qəsb etdilər, mirasını ondan aldılar, halbuki sənin vəfatından çox da keçməmişdir, adın hələ köhnəlməmişdir. Ey Allahın Rəsulu, sənin hüzuruna şikayət edirəm. Sənə itaət etmək xatirinə təmkinli olacağam. Allahın salam, rəhmət, bərəkəti Sənə və sənin Qızına olsun.»





Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir hissə.


«Misbahül-ənvar» kitabında İmam Sadiq(ə.s)-dən belə nəql olunmuşdur ki, Əmirəl-möminin Əli(ə.s) Fatimə (s.ə)-nin cənazəsini qəbrin içinə qoyanda dedi: «Ey Fatimə! Səni məndən də yaxşı olan bir kəsə təhvil verdim. Sənin üçün Allahın bəyəndiyi şeyləri bəyəndim.» Sonra isə bu ayəni tilavət etdi:


«Biz sizi o torpaqdan xəlq etdik, ona qaytaracağıq və bir daha oradan çölə çıxarmayacağıq.»

(«Taha», 55)


Qəbrin üstünü örtüb düzəldəndən sonra üstünə azacıq su səpdi. Qəbrin kənarında ağlar və qəmli oturdu. Əmisi Abbas onun qolundan tutub evə sarı apardı.


Həzrəti-Əli(ə.s) qəbrin açılmasının qarşısını şiddətlə alır.


Bir mənbəyə əsasən, Fatimə (s.ə)-nin dəfn olunduğu gecə Bəqidə qırx təzə qəbir düzəldildi. Müsəlmanlar o Xanım(s.ə)-ın vəfatından xəbərdar olduqda Bəqi


qəbristanlığına getdilər, lakin orada qırx təzə qəbir gördülər. Fatimə (s.ə)-nin qəbrini tapa bilmədilər. Onların şivən və ah-nalə səsləri ucaldı. Bir-birini məzəmmət edib deyirdilər: «Peyğəmbər (s)-in sizin içinizdə bir qızı var idi, o da dünyadan getdi və torpağa tapşırıldı, amma siz onun namaz və dəfnində iştirak etmədiniz, qəbrini də tapmadınız.» Tayfa başçıları dedilər: «Gedin, imanlı qadınlardan bir neçəsini gətirin, bu qəbirləri açsınlar, Fatimə (s.ə)-nin qəbrini tapıb ona namaz qılaq, qəbrini ziyarət edək.»


Əli(ə.s) bu məsələdən agah olanda qəzəbli halda evdən çıxdı. O qədər qəzəbli idi ki, gözləri qızarmış, boynundakı damarlar şişmişdi. O Cənab(ə.s) acı hadisələrlə əlaqədar geydiyi sarı əbanı çiyninə salmışdı. O, Bəqiyə gəldi və camaatı bu işdən çəkindirib qorxutdu. Camaat deyirdi: «Bu gələn Əliyyibn Əbi Talibdir. O and içmişdir ki, əgər bu qəbirlərdən bir daş yerindən tərpənərsə, hamınızı qılıncdan keçirəcək.» Bu zaman Ömər özünün bir dəstə səhabəsi ilə birlikdə Əli(ə.s)-nin yanına gəldi. Ömər dedi:

-Ey Əbul Həsən! Bu, nə işdir görmüsən? Allaha and olsun ki, hökmən Zəhranın qəbrini açacağıq ki, ona namaz qılaq.

Əli(ə.s) əlini onun arxalığına atıb onu öz paltarına bürüdü və yerlə sürüdü. Ömər yerə sərildi. Həzrəti-Əli(ə.s) ona buyurdu:

-Ey Həbəşiyyəli Sevdanın oğlu! Mən camaatın dindən çıxacağından qorxduğum üçün öz haqqımdan keçdim. Amma Fatimə (s.ə)-nin qəbrini açmaq kimi istəyinizdən əl çəkməsəniz, Allaha and olsun ki, yeri sizin qanınızla sirab edərəm. Bu işdən əl çəkin, təki canınız salamat qalsın.

Əbu Bəkr Əli(ə.s)-yə:

-Səni and verirəm, Rəsulullahın haqqına, Öməri burax. Biz sənin xoşlamadığın işi görmərik.

Bu zaman həzrəti-Əli(ə.s) Öməri buraxdı. Camaat dağılışdı və onlar qəbri açmaq fikrindən döndülər.



Əli(ə.s)-nin Ömər və Əbu Bəkr üçün verdiyi izahat.


Şeyx Səduqun «İləlüş-şəraye» kitabında qeyd olunur ki, bir kişi İmam Sadiq(ə.s)-dən Fatimə (s.ə)-nin qəbrinin açılması barədə çıxarılan qərar barəsində soruşdu. İmam(ə.s) buyurdu ki, Əli(ə.s) gecə ikən cənazəni evdən çıxartdı, bir neçə xurma budağı ilə od qaladı, onların işığında yola düşdü. Ona namaz qılıb elə gecə vaxtı dəfn etdi. Sübh tezdən Əbu Bəkr və Ömər Qureyşdən olan bir kişini görüb ondan soruşdular:

-Haradan gəlirsən?

Kişi dedi:

-Əli(ə.s)-nin evindən gəlirəm. Fatimə (s.ə) barəsində ona baş sağlığı verməyə getmişdim.

Soruşdular:

-Məgər Fatimə (s.ə) dünyadan köçübmü?

-Bəli, dünən gecə yarısı onu dəfn ediblər.

Əbu Bəkr və Ömər bərk pərişan oldular. Camaatın danlağından çox qorxdular. Buna görə də Əli(ə.s)-nin hüzuruna gəlib dedilər:

-Allaha and olsun ki, bizə qarşı hiylə və düşmənçilikdən əl çəkmədin. Bunlar hamısı kindəndir. Elə Peyğəmbər (s)-ə də təklikdə qüsl verdin və bizə xəbər vermədin. Oğlun Həsən(ə.s)-ə öyrətdin ki, məscidə gəlib Əbu Bəkr minbərdə olanda: «Babamın minbərindən aşağı en!»- deyə fəryad etsin.

Həzrəti-Əli(ə.s) onlara buyurdu:

-Əgər and içsəm, mənim sözlərimi təsdiq edəcəksinizmi?

Əbu Bəkr: «Bəli»,- deyə cavab verdi.

İmam Əli(ə.s) buyurdu:


-Peyğəmbər (s) mənə vəsiyyət etmişdi ki, ona təklikdə qüsl verim və bu barədə heç kəs mənə şərik olmasın. O Həzrət: «Əmioğlum Əlidən başqa heç kəs mənim bədənimə baxmasın», - deyə buyurmuşdu. Mən Ona qüsl verdim. Mələklər Onun bədənini o yan-


buyana döndərirdilər. Fəzl ibn Abbas mənə iz verirdi, özü də gözlərini bağlamışdı. Mən o Cənabın köynəyini çıxarmaq istəyəndə qeybdən bir səs eşitdim, amma özünü görmədim. O deyirdi: «O Həzrətin köynəyini çıxartma!»


Mən bu sözləri təkrar-təkrar eşitdim, amma onu deyənin kim olduğunu görmədim. Buna görə də Peyğəmbər (s)-ə köynəyi çıxarmadan qüsl verdim, sonra kəfən gətirildi. Mən onu kəfənə bükəndən sonra köynəyi bədənindən çıxartdım.

Amma oğlum Həsən(ə.s)-in məscidə gəlib Əbu Bəkrə etiraz etməsi məsələsinə gəldikdə isə, siz Mədinə əhli bilirsiniz ki, Həsən(ə.s) camaat namazı əsnasında camaatın sıraları arasında keçərək özünü Rəsulullah(s)-a çatdırıb o Həzrət səcdədə olarkən onun kürəyinə minirdi. Peyğəmbər (s) başını səcdədən qaldıranda bir Əli ilə Həsən(ə.s)-in kürəyindən, o biri əli ilə ayaqlarından tutub namazı qurtarana qədər onu öz çiynində saxlayardı.

Dedilər:

-Bəli, biz bu məsələni bilirik.

Həzrət buyurdu:

-Siz Mədinə əhli bunu da bilirsiniz ki, bəzi vaxtlar Peyğəmbər (s) minbərdə olarkən Həsən(ə.s) məscidə varid olurdu. Peyğəmbər (s) xütbəni yarıda saxlayıb Həsən(ə.s)-i öz boynuna alaraq ayaqlarını isə sinəsinə sıxır, xütbəni bu halda sona çatdırırdı. Camaat Həsən(ə.s)-in ayaqlarındakı xəlxal bərqini (zinət növüdür) məscidin axırında görürdü. Həsən(ə.s) Peyğəmbər (s)-dən bu qədər məhəbbət və nəvaziş görmüşdü. Ona görə də bir dəfə məscidə gələndə başqasını həmin minbərdə gördükdə ona çox ağır gəldi. Buna görə həmin sözləri dedi. Allaha and olsun ki, mən oğluma bu göstərişi verməmişəm. Həzrəti-Fatimə (s.ə) barəsində isə deməliyəm ki, o həmin qadındır ki, mən sizin üçün onun hüzuruna gəlməyiniz barədə ondan icazə istədim. Siz də gəldiniz, onun sözlərini eşitdiniz, onun sizə qarşı necə qəzəbli olduğunu anladınız. Allaha and olsun, o mənə vəsiyyət etdi ki, sizi onun cənazəsinin yanına buraxmayam, siz onun namazında iştirak etməyəsəniz. Mən də onun vəsiyyətinin əleyhinə bir iş etmək istəmədim.

Ömər dedi:

-Bu, nə sözlərdir?! Özüm gedib Fatimə (s.ə)-nin qəbrini açacağam, cənazəni çıxardıb ona namaz qılacağam!

Əli(ə.s) buyurdu:

-Allaha and olsun, əgər belə bir iş görsən, bu qərarından dönməsən, başını bədənindən ayıraram! Bu halda mən sizinlə yalnız qılıncla rəftar edəcəyəm!

Həzrəti-Əli(ə.s) ilə Ömər arasında kəskin mübahisə başladı. Bir-birinə həmlə etmək dərəcəsinə yaxınlaşanda mühacir və ənsardan bir qrupu irəli gəlib onları ayırıb dedi: «Allaha and olsun, biz razı olmarıq ki, Peyğəmbər (s)-in əmisi oğluna, onun canişininə belə sözlər deyilsin.»

Bununla da camaat dağılışıb getdi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor