RSS
 

Login:
Şifrə:
» » İslam dinində leş haqqında nə buyrulub?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslam dinində leş haqqında nə buyrulub?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-12-2015, 23:01 | Şərh sayı: (0) | Baxılıb: 548

İslam dinində leş haqqında nə buyrulub?


İslam dinində leş haqqında nə buyrulub?


Leş insan və ya heyvan ölüsünə (cəsədinə) deyilir. Şəriətdə isə özü ölmüş, yaxud da şəri qaydalarla kəsilməyən heyvana deyilir.
“O (Allah) sizə ölmüş heyvanı haram etmişdir.” (“Bəqərə” surəsi, ayə: 173; “Maidə” surəsi, ayə: 3; “Ənam” surəsi, ayə: 145; “Nəhl” surəsi, ayə: 115)
Yuxarıdakı ayə dörd surədə təkrarlanmışdır. Bu bənzərsiz təkrarlanmanı müxtəlif səbəblərlə əlaqələndirmişlər:
1. Mövzunun əhəmiyyəti (orqanizm üçün təhlükəsi).
2. O dövrün insanlarının bu məsələyə aludə olmaları. (“Təfsiri-nümunə”, c.1, səh. 588)
Qısa tarix:
Leşin iyrənc olduğu hələ İslamdan öncə Tövratda təsdiqlənmişdir.
Zərdüşt dinində də bu haqda qəti hökmlər mövcuddur.

HÖKMLƏR

İslam dinində leş haqqında bir neçə ayrıca hökm mövcuddur.
Birinci: Leş yeyilməsi qadağan olunmuş qida məhsulları sırasındadır. Leş ətini yemək haramdır və günah hesab olunur.
İkinci: Atıcı qanı olan heyvanın ölüsü (leşi) murdardır.
Üçüncü: Müsəlmanın cəsədini dəfn etmək vacibdir. Hər bir müsəlmana onu iyi yayılmayacaq, heyvanların eşə bilməyəcəyi şəkildə dəfn etmək vacibdir. Əlbəttə, kafirlərin və ya iylənmiş hevanların ölüsünün basdırılması da zəruridir. Çünki ətraf mühitin çirklənməsinə, xəstəliklərin törəməsinə gətirib çıxarır.
Dördüncü: “Məss-meyyit” qüslü ölüyə (insan cəsədinə) əl vuranlara (müəyyən şərtlərlə) vacibdir.
Beşinci: Müsəlman qəbrinin açılması (hətta uşaq, yaxud dəli belə olsa) haramdır.

ELMI SIRLƏR

Əhli-beytdən (ə) gələn bəzi rəvayətlərdə məlum ayədə mövcud olan sirlərə toxunulmuşdur. Bir çox təfsirçi və tibb mütəxəssisləri də ayə ilə bağlı elmi məqamları qeyd etmişlər.
1. Hədislər:
İmam Sadiq (ə) bütün bu məsələlərin (hökmlərin) insanların xeyrinə olduğunu vurğulayaraq buyurur:
“Leş yeyənin bədəni zəifləyir, gücü azalır, nəsli kəsilir. Bunu davam etdirən şəxs qəfil ölümlə (infarkt və s.) dünyadan köçür.” (“Vəsail əş-şiə”, c.16, səh. 310)
İmam Rza (ə) buyurur:
“Leş yemək bədəndə pis iy əmələ gətirir. Tündməcazlığa, əsəbiliyə, qəlbin daşlaşmasına və ülfətin azalmasına səbəb olur. Leş yeyən şəxsin öz övladını, atasını, dostunu öldürməyəcəyini söyləmək çətindir.” (“Bihar əl-ənvar”, c.65, səh.165)
İmam Sadiqdən (ə) nəql olunan digər rəvayətdə oxuyuruq:
“Leşdən qan xaric olmur, qatılaşaraq (daxildə) qalır. Buna görə də leş əti ağırdır.” (“Bihar əl-ənvar”, c.65, səh.162)
Qeyd: Rəvayətlərdə leş yeməyin orqanizm üçün törətdiyi fəsadlardan başqa mənəvi zərərləri də açıqlanmışdır. Müasir tibdə də bu məsələlərə diqqət yetirilir.
2. “Təfsiri-nümunə”də oxuyuruq:
“Həzm sistemi leşi yararlı qana çevirə bilmir. Bundan başqa leş mikrob yığınıdır. Buna görə də İslam leş yeməyi haram etməklə yanaşı, onun murdar olduğunu da bildirmişdir ki, müsəlmanlar tam uzaqlaşsınlar.” (“Təfsiri-nümunə”, c.1, səh. 585)

Bəzi həkimlər yazırlar:

“Qan, tərkibinə nəzərən (ölümdən öncə bədənin ən yaxşı müdafiəçisi olmasına baxmayaraq) ölümdən sonra mikrobların inkişafı üçün əlverişli məkana çevrilir. Leşin qanı, öldükdən 1 saat sonra bədəninə hopur. 3-4 saatdan sonra əzələlər sıxılır və (fosfor, fermium və s.) turşularının mövcudluğu nəticəsində quruyur. Sonra orqanizm qələviləşir, quruluqdan çıxır və mikroblar fəaliyyətə başlayır. Nəticədə bədən parçalanır və iylənir. Qanın daxildə qalması mikrobların çoxalmasını sürətləndirir. Lakin heyvan şəriətdə göstərilən qaydada kəsildikdə (vena və arteriyanın kəsilməsi ilə) qan bədəndən tam çıxır. Kəsilən heyvanın çapalaması qanın tam çıxışına kömək edir”.

Elm adamlarından biri yazır:

“Leş hansı heyvana aid olmasına baxmayaraq, onda olan üzvi maddələr tez sıradan çıxır və iylənir. Hava nə qədər isti olsa, onun təsirli iyi və vəba vibrionları o qədər tez yayılır. Bədəndə olan mikroblar orqanizmin fəaliyyəti və mövcud antibakteriyaları (leykosit - ağ qan cisimciyi – kürəciyi) təsiri nəticəsində məhv edilir. Ölümdən sonra isə mikrobların fəaliyyəti başlayır və bütün bədəni əhatə edir. Buna görə də cəsəd murdardır və ona toxunduqda mütləq, qüsl verilməlidir.” (“Hökmlərin fəlsəfəsi”, səh.151-153)

YEKUN

1. İlahi dinlərin bəşər mədəniyyətinə xidmətlərindən biri leş (ölü heyvanın) ətinin yeyilməsi ilə mübarizə, meyidin dəfn olunması və ətraf mühitin çirklənməsinin qarşısı alınmasıdır. Bu, İslam dinində ağıla müvafiq şəkildə və mötədillik çərçivəsində verilmişdir.
2. Leşin (heyvan ölüsünün) yeyilməsini qadağan edən ayələr Quranın elmi möcüzəsi deyil. Çünki hələ Qurandan öncə səmavi kitablar bu hökmə toxunmuşlar. Lakin bu məsələ (leşin yeyilməsinin gigiyenik fəsadlarının bəlli olmadığı bir dönəmdə qadağan olunması) ilahi peyğəmbərlərin haqq olduğunu göstərən bir möcüzə hesab oluna bilər.
3. Quranda sözügedən hökmlərin səbəbi açıqlanmadığından gigiyenik fəsadları yeganə səbəb olaraq göstərmək olmaz. Bu yalnız hökmün ardında duran səbəblər silsiləsinin kiçik bir hissəsidir. Çox güman ki, leşin yeyilməsinin haram olması, murdarlığı, “məssi-meyyit” qüslu və ölünün dəfn olunması zərurətinin digər sirli səbəbləri də mövcuddur. Hansı ki, elm inkişaf etdikcə bu sirlərin də üstə açılacaq. Buna misal olaraq, leşin yeyilməsinin psixi və mənəvi ziyanlarını göstərmək olar.
Müsəlman cəsədinin dəfn olunmasında müsəlmana göstərilən hörmət də xüsusi qeyd olunmalıdır. Bu məlum hökmlərin səbəblərinin yalnız gigiyenik olmadığını göstərir.
4. Leş vəba vibrionları törətmir. O, xəstəlik törədici bakteriyaları, o cümlədən vəba vibrionlarını inkişaf etdirir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor