Qadın və ictimaiyyət |
Müəllif: Eli Aşiqi | Bölmə: Xanimlar üçün | Vaxt: 4-02-2015, 01:52 | Şərh sayı: (0) | Baxılıb: 1751
Qadın və ictimaiyyət
Müqəddəs islam dininin səciyyəvi xüsusiyyətlərindən biri də bütün işlərdə normal həddə riayət etməsidir. Pərvərdigari-aləm "Bəqərə” surəsinin 43-cü ayəsində bunu buyurmuşdur. Əli (əleyhissalam) da öz vəsiyyətlərində buyurur ki, qadınlar barəsində həddindən artıq tələbkarlıq, normal həddən keçmək onları fəsada sala bilər. Qadın və kişinin bir-birinə qarışması və bu barədəki göstərişlərə əməl olunmamasının fitnə-fəsada səbəb olmasına baxmayaraq, bu barədə yersiz tələbkarlıq da şeytanın vəsvəsələrindən və böyük günahlardan hesab olunur. Bəziləri quru müqəddəslik edərək bu kimi əmələ mürtəkib olurlar. Biz kitabın axırıncı fəslində bu məsələ ilə əlaqədar olaraq müfəssəl bəhs etmişik, amma burada da ixtisarla qeyd edirik ki, qadınlar da kişilər kimi, pak və müqəddəs duyğulara malikdirlər, öz qohum-əqrəbaları ilə görüşmək, qohumluq əlaqələrini davam etdirmək, camaat namazında iştirak etmək, cəmiyyətdə ictimai fəaliyyətlər etmək istəyirlər. Digər tərəfdən, ictimai və şəxsi zərurətlər, o cümlədən, müalicə, təbabət, tədris, təhsil və sair kimi işlərin zərurəti bu müddəanı sübut edir. Mütəal Allah da müxtəlif yerlərdə, o cümlədən, "Nisa” surəsinin 32-ci ayəsində bu həqiqətə işarə edir, islami hədislər də bunu təkid edir. Biz bir neçə nümunəni qeyd edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Öz qadınlarınızın məscidə getmələrinə mane olmayın, bu şərtlə ki, o, bu işi bəzənmədən, özünü (başqalarına) göstərmədən görsünlər.”
Həzrət yenə buyurur: "Qadınlarınızın məscidə getməsinin qarşısını almayın, amma evdə oturmaq onlar üçün daha yaxşıdır.”
Bu hədisdə kişilərə əmr olunur ki, qadınların məscidlərə getməsinə mane olmasınlar. Həmçinin bu əxlaqi həqiqəti qadınlara xatırladır ki, onların evdə oturmaları qadın hicaba və ailə hüququna riayət olunması, övlad tərbiyəsi üçün daha yaxşıdır. İmam Sadiq (əleyhissalam) buyurur: "Peyğəmbərin qızı Zeynəb vəfat edərkən Fatimə qadınlarla birlikdə çıxıb bacısına cənazə namazı qıldı.”
Bir şəxs İmam Sadiq (əleyhissalam)-dan soruşdu ki, qadın cənazə namazında iştirak edə bilərmi? Həzrət buyurdu:
"Bəli, necə ki, Fatimeyi Zəhra qadınlarla birlikdə evdən çıxıb bacısı Zeynəbə cənazə namazı qıldı.”
Bu hədis göstərir ki, Fatimeyi Zəhra (əleyhissalam) evdən çıxıb bacısına cənazə namazı qılmışdır, amma kişilərlə deyil, bu iş qadınlarla birlikdə olmuşdur. İslam ümmətinin qadınları ümumi mərasimlərdə iştirak etmək istəsələr, gərək qadınlarla birlikdə olub kişilərə yaxın düşməsinlər. Bir hədisdə Məhəmməd ibni Cəfər Himəyəri İmam Zaman (əleyhissalam)-dan soruşdu: Qadın ərinin cənazəsinin dəfn mərasimində iştirak edə, ərinin qəbrinin ziyarətinə gedə bilərmi? Zəhra (əleyhissalam)-ın pak övladı, imkan aləminin döyünən qəlbi öz mübarək kəlamında ona belə yazdı: "Bəli, ərinin dəfn mərasimində iştirak edə və onun qəbrini ziyarət edə bilər.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Qadınlarınızın gecə məscidə getmələrinə icazə verin.”
Bu qəbildən olan hədislərdən aydın olur ki, qadınlar evdən çıxıb ümumi mərasim və məclislərdə iştirak edə bilərlər, bu şərtlə ki, islami hicaba riayət etsinlər, həm də bəzənməsinlər, özlərini göstərməsinlər, ərlərinin hüquqlarını tapdalamasınlar və bu iş
gərək hökmən onların icazəsi ilə olsun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər